Biznesin inkişafı üzrə Generalist
Posted 20 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Bu vəzifənin rolu ümumi inkişaf planı üzrə Biznesin inkişafı şöbəsinə dəstək verilməsindən ibarətdir.
Öhdəliklər:
- Layihənin icrası ilə bağlı inzibati məsələlərdə dəstək göstərir.
- Tenderlərin, biznes görüşlərin, danışıqların aparılmasında dəstək göstərir.
- Layihə təchizatçıları və töhfə verənlərin koordinasiyasında dəstək göstərir.
- Müqavilə imzalanana qədər hüquqşünaslarla layihəni həyata keçirənlər arasında danışıqların aparılmasında dəstək göstərir.
- Layihələrə nəzarət edir və layihə tələblərinə və vaxt cədvəlinə uyğunlaşmaq üçün dəyişən layihə iştirakçıları arasında koordinasiyada dəstək göstərir.
- Bazar araşdırması və texniki-iqtisadi əsaslandırmalarda dəstək göstərir.
- Məsuliyyət sahəsi:
- Layihələrin inzibati koordinasiyası və icrasına dəstək
Tələblər
Professional biliklər:
- MS Office, (xüsusilə Excel və PowerPoint) proqramlarından istifadə bacarığı.
- İngilis dili biliyi: B1 (intermediate) və daha yüksək səviyyə.
Təhsil:
- Ali təhsil (Biznes/İqtisadiyyat sahələri üzrə üstünlükdür)
- Satınalma, layihələrin idarə edilməsi, tender və ya müqavilə idarəetməsi üzrə müvafiq sertifikat arzuolunandır.
İş təcrübəsi:
Biznesin inkişafı, satınalma, layihə idarəetməsi, tender dəstəyi və ya tədbir/layihə koordinasiyası üzrə iş və ya təcrübə proqramı təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
- İşgüzar ünsiyyətin qurulması
- Danışıqların aparması
- Vaxtın doğru idarə olunması
- Araşdırma bacarıqları
- Analitik bacarıqlar
- Nəticə yönümlülük
- Proaktiv düşünmə
- Problemin həlli
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
SOC 
Sinteks Group of Companies
Topdansatış və pərakəndə ticarət
Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiya regionunda moda üzrə aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət premium, orta-yuxarı və kütləvi bazar seqmentlərini əhatə edən 100-dən çox…