Strategiya və Biznesin İnkişafı üzrə menecer
Experience 5+ years Category Legal
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Şirkətin missiya və vizyonuna əsaslanaraq 3-5 illik korporativ strategiyanın hazırlanması, İdarə Heyətinə təqdimi və illik strateji hədəflərin (OKR/KPI) formalaşdırılması;
- Strategiyanın departament səviyyəsində əməliyyat planlarına transformasiyası, icra yol xəritəsinin (roadmap) tərtibi və resurs bölgüsü üzrə tövsiyələrin hazırlanması;
- Yerli və regional aqrar bazarın monitorinqi, rəqiblərin fəaliyyəti və qiymət siyasətinin sistemli təhlili (benchmarking);
- Yeni biznes xətləri, məhsul portfeli genişləndirilməsi və diversifikasiya imkanlarının araşdırılması;
- İnvestisiya layihələri üzrə fizibiliti analizlərinin (ROI, NPV) və potensial tərəfdaşlıq/M&A imkanlarının qiymətləndirilməsi;
- İri miqyaslı böyümə layihələrinin (yeni istehsal xətləri, bazara giriş, infrastruktur genişləndirilməsi) portfel səviyyəsində formalaşdırılması, prioritetləşdirilməsi və biznes əsaslandırmasına rəhbərlik;
- Layihə portfelinin icrasına yüksək səviyyəli nəzarət, əsas mərhələlərin (milestone) strateji hədəflərlə uzlaşdırılması və resurs/büdcə münaqişələrinin həllində rəhbərliyə qərar dəstəyi;
- Kritik risklərin erkən aşkarlanması, İdarə Heyətinə eskalasiyası və tamamlanmış layihələrin nəticələrinin (ROI, hədəflərə çatma dərəcəsi) qiymətləndirilməsi;
- Rəhbərliyə rüblük/illik strateji hesabatların, dashboard və analitik materialların təqdimi;
- İllik büdcə planlaşdırma prosesində strateji prioritetlərin maliyyə modelinə inteqrasiyası və ssenari/həssaslıq analizlərinin aparılması;
- Dövlət siyasəti, subsidiya proqramları və tənzimləmə mühitindəki dəyişikliklərin izlənməsi, strateji risklərin (bazar, əməliyyat, tənzimləyici) identifikasiyası;
- Davamlılıq (sustainability) və ESG prinsiplərinin korporativ strategiyaya inteqrasiyası.
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Strategiya və Biznesin İnkişafı Departamenti
- Birbaşa rəhbər: Baş İcraçı Direktor
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Xüsusi tələblər
- Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- MBA və ya Strategiya, Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
- Strategiya, biznes inkişafı, korporativ planlaşdırma və ya idarəetmə sahəsində minimum 5-7 il iş təcrübəsi;
- Rəhbər vəzifədə ən azı 2-3 il təcrübə;
- Strateji layihələrin hazırlanması və icrasında praktiki təcrübə;
- Strateji planlaşdırma metodologiyaları;
- Biznes analitikası və performans idarəetməsi;
- Bazar araşdırmaları və rəqabət təhlili;
- Layihələrin, idarə edilməsi (PMBOK, Agile və s.);
- Büdcələşdirmə və maliyyə göstəricilərinin təhlili;
- KPI və OKR sistemlərinin hazırlanması və tətbiqi;
- Risklərin idarə edilməsi prinsipləri;
- Korporativ idarəetmə və təşkilati inkişaf üzrə biliklər
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan dili və İngilis dili səlis, Rus dili üstünlükdür;
- Microsoft Office proqramları (xüsusilə Excel və PowerPoint) üzrə yüksək səviyyədə bilik.
Maraqlanan şəxslər öz CV formalarını "Strategiya və Biznesin İnkişafı üzrə menecer" başlığı ilə [email protected] elektron poçt ünvanına 20.07.2026 tarixinə qədər göndərə bilərlər.
Müraciət üçün (CV): https://azsf.az/vacancy/strategiya_ve_biznesin_inkishafi_uzre_menecerA 
Azərşəkər