A AzərşəkərAzərşəkər

Strategiya və Biznesin İnkişafı üzrə menecer

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
5 ildən çox Hüquq
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Şirkətin missiya və vizyonuna əsaslanaraq 3-5 illik korporativ strategiyanın hazırlanması, İdarə Heyətinə təqdimi və illik strateji hədəflərin (OKR/KPI) formalaşdırılması;
  • Strategiyanın departament səviyyəsində əməliyyat planlarına transformasiyası, icra yol xəritəsinin (roadmap) tərtibi və resurs bölgüsü üzrə tövsiyələrin hazırlanması;
  • Yerli və regional aqrar bazarın monitorinqi, rəqiblərin fəaliyyəti və qiymət siyasətinin sistemli təhlili (benchmarking);
  • Yeni biznes xətləri, məhsul portfeli genişləndirilməsi və diversifikasiya imkanlarının araşdırılması;
  • İnvestisiya layihələri üzrə fizibiliti analizlərinin (ROI, NPV) və potensial tərəfdaşlıq/M&A imkanlarının qiymətləndirilməsi;
  • İri miqyaslı böyümə layihələrinin (yeni istehsal xətləri, bazara giriş, infrastruktur genişləndirilməsi) portfel səviyyəsində formalaşdırılması, prioritetləşdirilməsi və biznes əsaslandırmasına rəhbərlik;
  • Layihə portfelinin icrasına yüksək səviyyəli nəzarət, əsas mərhələlərin (milestone) strateji hədəflərlə uzlaşdırılması və resurs/büdcə münaqişələrinin həllində rəhbərliyə qərar dəstəyi;
  • Kritik risklərin erkən aşkarlanması, İdarə Heyətinə eskalasiyası və tamamlanmış layihələrin nəticələrinin (ROI, hədəflərə çatma dərəcəsi) qiymətləndirilməsi;
  • Rəhbərliyə rüblük/illik strateji hesabatların, dashboard və analitik materialların təqdimi;
  • İllik büdcə planlaşdırma prosesində strateji prioritetlərin maliyyə modelinə inteqrasiyası və ssenari/həssaslıq analizlərinin aparılması;
  • Dövlət siyasəti, subsidiya proqramları və tənzimləmə mühitindəki dəyişikliklərin izlənməsi, strateji risklərin (bazar, əməliyyat, tənzimləyici) identifikasiyası;
  • Davamlılıq (sustainability) və ESG prinsiplərinin korporativ strategiyaya inteqrasiyası.


İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Strategiya və Biznesin İnkişafı Departamenti
  • Birbaşa rəhbər: Baş İcraçı Direktor
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)

Xüsusi tələblər

  • Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil; 
  • MBA və ya Strategiya, Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
  • Strategiya, biznes inkişafı, korporativ planlaşdırma və ya idarəetmə sahəsində minimum 5-7 il iş təcrübəsi; 
  • Rəhbər vəzifədə ən azı 2-3 il təcrübə; 
  • Strateji layihələrin hazırlanması və icrasında praktiki təcrübə;
  • Strateji planlaşdırma metodologiyaları; 
  • Biznes analitikası və performans idarəetməsi; 
  • Bazar araşdırmaları və rəqabət təhlili; 
  • Layihələrin, idarə edilməsi (PMBOK, Agile və s.); 
  • Büdcələşdirmə və maliyyə göstəricilərinin təhlili; 
  • KPI və OKR sistemlərinin hazırlanması və tətbiqi; 
  • Risklərin idarə edilməsi prinsipləri; 
  • Korporativ idarəetmə və təşkilati inkişaf üzrə biliklər 
  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili və İngilis dili səlis, Rus dili üstünlükdür;
  • Microsoft Office proqramları (xüsusilə Excel və PowerPoint) üzrə yüksək səviyyədə bilik.


Maraqlanan şəxslər öz CV formalarını "Strategiya və Biznesin İnkişafı üzrə menecer" başlığı ilə [email protected] elektron poçt ünvanına 20.07.2026 tarixinə qədər göndərə bilərlər.

Müraciət üçün (CV): https://azsf.az/vacancy/strategiya_ve_biznesin_inkishafi_uzre_menecer
A Azərşəkər
Azərşəkər

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et