AT - Geotech MMC Biznesin İnkişafı və Korporativ Təqdimatlar üzrə Mütəxəssis
Work mode Full-time Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
Sizdən aşağıdakı 4 əsas istiqamət üzrə şirkətin imkanlarını öyrənmək və təqdimat materialları hazırlamaq tələb olunacaq:
- Mühəndisi-Geoloji Tədqiqatlar: Tikinti və layihələndirmə öncəsi süxurların analizi;
- Geoloji Kəşfiyyat Qazması: Faydalı qazıntıların və yerin quruluşunun müəyyən edilməsi;
- Topoqrafiya: Ərazinin relyef planının və xəritələrinin hazırlanması;
- Geofizika: Yeraltı strukturların fiziki üsullarla tədqiqi.
Sizin Öhdəlikləriniz:
- Layihələrin rəsmi adlarını bilmək
- Layihələrin dövlət və ya dünya əhəmiyyətliliyi bilmək
- Layihənin hansı şirkət tərəfindən görülməsi və sifarişçinin hansı şirkət olduğunun bilmək
- Layihə haqqında daha ətraflı və zəruri məlumatların yuxarı rəhbərliklə razılaşdırılmış formada təqdimatlarda və ya veb-saytlarda yerləşdirilməsi üçün təkliflər vermək
- Arxivlərdən təqdimat və ya veb saytlar üçün uyğun şəkilləri seçmək
- Layihələrə uyğun olaraq şəkillər çəkmək və çəkilən şəkillərin şirkətin bulud (və ya digər razılaşdırılmış formatda) sistemində layihələr üzrə saxlanılmasını təmin etmək
- PowerPoint proqramında şirkətin vizit kartı olacaq mükəmməl, müasir və estetik təqdimatların yığılması;
- Şirkətin xidmətlərinə uyğun yeni potensial müştərilərin tapılması;
- Potensial müştərilərlə görüşmək və hazırladığınız təqdimatları onlara peşəkar şəkildə təqdim etmək.
- Şirkətin rəsmi saytlarının mütəmadi olaraq nəzarətdə saxlanılması, məlumatların aktuallığının yoxlanılması və zəruri yenilənmələrin təşkili
Xüsusi tələblər
- PowerPoint Master: PowerPoint-i sadəcə bilmək yox, yüksək vizual zövqlə istifadə etmək;
- Öyrənmə Həvəsi: Texniki (mühəndislik/geologiya) mövzulara girməkdən və mürəkkəb prosesləri sadə dildə izah etməkdən qorxmamaq;
- Təqdimat Bacarığı: Səlis nitq, özünəinam və korporativ müştərilərlə görüşmək qabiliyyəti;
- Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır, bilən namizədlərə üstünlük veriləcəkdir.)
A-G 

AT - Geotech MMC
Peşəkar, elmi və texniki fəaliyyətlər
Geotechnical and Mining drilling. AT-Geotech the premier geotechnical company in Azerbaijan. Also provides soil lab testings, land surveying and ground geophysical surveys. Working with ISO, GOST and…