Brokerlərlə iş üzrə kiçik mütəxəssis
About this role
İş şəraiti
İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Məşğulluq növü: Tam ştat
Vəzifə Öhdəlikləri:
Brokerlərlə iş üzrə Menecerin gündəlik fəaliyyətinə operativ dəstəyin göstərilməsi;
Brokerlərin fəaliyyətinin izlənməsi və müvafiq məlumatların sistemləşdirilməsi;
Müqavilə sənədlərinin hazırlanmasında və sənədləşmə prosesində iştirak;
Komissiya hesablamaları və ödənişlər üzrə ilkin məlumatların toplanması və maliyyə şöbəsinə ötürülməsi;
Brokerlər üçün təqdimat materiallarının hazırlanmasına və yenilənməsinə dəstək;
Daxil olan sorğuların cavablandırılması və brokerlərlə ilkin kommunikasiya;
Həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak;
Yeni brokerlər üçün təşkil olunan təlim və təqdimat proseslərinə dəstək;
Brokerlərdən daxil olan rəy və təkliflərin toplanması və müvafiq şöbələrə yönləndirilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və dəqiq icrası.
Tələblər:
Ali təhsil (biznes, idarəetmə və ya əlaqəli sahələr üzrə üstünlükdür);
CRM sistemləri ilə işləmə bacarığı (Bitrix, Profitbase və ya oxşar platformalar arzuolunandır);
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik düşünmə və məlumatlarla işləmə qabiliyyəti;
Məsuliyyətlilik, detallara diqqət və operativlik;
İngilis dili biliyi (min B2 səviyyə)
Komandada işləmək bacarığı.
Niyə TREVA?
Müasir və komfortlu iş mühiti
Peşəkar komandada inkişaf və öyrənmə imkanı
Real estate və satış sahəsində karyera qurmaq fürsəti
Dinamik və inkişaf yönümlü iş atmosferi
CV-lərinizi mövzu hissəsində “Brokerlərlə iş üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.