TREVATREVA

Brokerlərlə iş üzrə kiçik mütəxəssis

3 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
2 iyul 2026

Vəzifə haqqında

İş şəraiti

  • İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu

  • Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək

  • Məşğulluq növü: Tam ştat

Vəzifə Öhdəlikləri:

  • Brokerlərlə iş üzrə Menecerin gündəlik fəaliyyətinə operativ dəstəyin göstərilməsi;

  • Brokerlərin fəaliyyətinin izlənməsi və müvafiq məlumatların sistemləşdirilməsi;

  • Müqavilə sənədlərinin hazırlanmasında və sənədləşmə prosesində iştirak;

  • Komissiya hesablamaları və ödənişlər üzrə ilkin məlumatların toplanması və maliyyə şöbəsinə ötürülməsi;

  • Brokerlər üçün təqdimat materiallarının hazırlanmasına və yenilənməsinə dəstək;

  • Daxil olan sorğuların cavablandırılması və brokerlərlə ilkin kommunikasiya;

  • Həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak;

  • Yeni brokerlər üçün təşkil olunan təlim və təqdimat proseslərinə dəstək;

  • Brokerlərdən daxil olan rəy və təkliflərin toplanması və müvafiq şöbələrə yönləndirilməsi;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və dəqiq icrası.

Tələblər:

  • Ali təhsil (biznes, idarəetmə və ya əlaqəli sahələr üzrə üstünlükdür);

  • CRM sistemləri ilə işləmə bacarığı (Bitrix, Profitbase və ya oxşar platformalar arzuolunandır);

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;

  • Analitik düşünmə və məlumatlarla işləmə qabiliyyəti;

  • Məsuliyyətlilik, detallara diqqət və operativlik;

  • İngilis dili biliyi (min B2 səviyyə)

  • Komandada işləmək bacarığı.

Niyə TREVA?

  • Müasir və komfortlu iş mühiti

  • Peşəkar komandada inkişaf və öyrənmə imkanı

  • Real estate və satış sahəsində karyera qurmaq fürsəti

  • Dinamik və inkişaf yönümlü iş atmosferi

CV-lərinizi mövzu hissəsində “Brokerlərlə iş üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

TREVA
TREVA

instagram - https://www.instagram.com/treva.realestate/?hl=en

Oxşar vakansiyalar

Hamısına bax