ARK
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
CİS mütəxəssisi
Posted 19 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
- Category
- Sales
About this role
Vəzifə öhdəlikləri
- Coğrafi İnformasiya Sistemləri üzrə məlumat bazalarının yaradılması, yenilənməsi, inteqrasiyası və idarə olunmasını təmin edir.
- Peyk təsvirləri, ortofoto xəritələr, relyefin rəqəmli modeli və digər məsafədən zondlama məlumatları əsasında məkan məlumatlarının emalını və təhlilini həyata keçirir.
- Kənd təsərrüfatı təyinatlı torpaqların, əkin sahələrinin, çoxillik əkmələrin, istixanaların, otlaq sahələrinin və digər torpaq kateqoriyalarının məkan məlumatlarını formalaşdırır, yeniləyir və təhlil edir.
- Torpaq, su ehtiyatları, bitki örtüyü, meliorasiya və irriqasiya vəziyyəti ilə bağlı məkan məlumatlarının toplanmasını, sistemləşdirilməsini və vizuallaşdırılmasını təmin edir.
- Bitki növlərinin müəyyənləşdirilməsi, vegetasiya göstəricilərinin monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması və kənd təsərrüfatı risklərinin qiymətləndirilməsi məqsədilə coğrafi təhlillər aparır.
- Torpaqların rütubətlilik səviyyəsinin, şorlaşma dərəcəsinin, istifadəyə yararlılığının və digər göstəricilərinin qiymətləndirilməsi üzrə məkan təhlilləri həyata keçirir.
- Hidroqrafiya, inzibati sərhədlər, torpaq istifadəsi və digər coğrafi məlumat qatlarının yaradılması, yenilənməsi və dəqiqləşdirilməsini təmin edir.
- Coğrafi məlumatların keyfiyyətinə nəzarəti həyata keçirir, məlumatların düzgünlüyünü, aktuallığını və tamlığını yoxlayır.
- Məkan və qeyri-məkan məlumatlarının inteqrasiyasını təmin edir, statistik və analitik hesabatlar hazırlayır.
- Coğrafi informasiya sistemləri üzrə tematik xəritələr, diaqramlar, analitik materiallar və təqdimatlar hazırlayır.
- Coğrafi informasiya sistemlərinin tətbiqi ilə bağlı metodoloji sənədlərin, təlimatların və texniki tələblərin hazırlanmasında iştirak edir.
- Coğrafi informasiya sistemləri və məsafədən zondlama texnologiyalarının tətbiqi sahəsində elmi-tədqiqat və innovativ layihələrin həyata keçirilməsində iştirak edir.
- Kənd Təsərrüfatı Nazirliyinin "AgroCİS" Coğrafi Məlumatlar Bazasının aidiyyəti istiqamətlər üzrə məlumatlarla zənginləşdirilməsi, yenilənməsi və istifadəsinə metodiki dəstək göstərir.
- Fəaliyyət istiqaməti üzrə dövlət orqanları, yerli və beynəlxalq təşkilatlar tərəfindən təqdim olunan coğrafi məlumatların emalını, uyğunlaşdırılmasını və sistemə inteqrasiyasını təmin edir.
- Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.
- Xidməti zərurətlə əlaqədar regionlarda ezamiyyələrdə iştirak edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali (Coğrafiya, Geodeziya və xəritəçilik mühəndisliyi; Coğrafi informasiya sistemləri; Yerquruluşu və daşınmaz əmlakın kadastrı; Torpaqşünaslıq və aqrokimya və ya əlaqəli sahələr);
- Staj: Aidiyyəti sahə üzrə ən azı 1-3 il iş təcrübəsi;
- Sertifikatlar: Sahə ilə bağlı müvafiq sertifikatlara malik namizədlərə üstünlük verilir;
- Texniki bacarıqlar: ArcGIS, ArcGIS Pro, QGIS məlumatları və digər informasiya proqram təminatlarından istifadə bacarığı;
- Yumşaq bacarıqlar: Analitik düşünmə və problemlərin həlli bacarığı, komanda işi bacarığı, dəqiqlik və detallara diqqət, qərarvermə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “CİS mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.