- Work mode
- Full-time
- Experience
- career-levels.prof
- Category
- Sales
About this role
Təsvir
A. Texniki Dəstək — Tinda SFA
• Sahə nümayəndələrinin SFA tətbiqindəki xətaları (məhsulun görünməməsi, qiymət uyğunsuzluğu, sifarişin sistemə getməməsi, tətbiqin açılmaması) qəbul etmək, prioritetə görə təsnifləndirmək və həll etmək
• Yeni istifadəçi hesablarının açılması, rol və icazə parametrlərinin (nümayəndə, merçandeayzer, supervisor) təyin edilməsi; işdən ayrılan əməkdaşların hesablarının vaxtında bağlanması
• Məhsul kataloqunda yeni SKU-ların əlavə edilməsi, mövcud məhsulların statusunun yenilənməsi (aktiv / deaktiv / mövsümi)
• Müştəri və ticarət nöqtəsi kartlarının SFA-da yaradılması; ünvan, coğrafiya bölgüsü, marşrut təyinatının düzgün əks etdirilməsinin təmin edilməsi
• SFA ilə Mikro ERP arasındakı sinxronizasiya problemlərini birincil səviyyədə araşdırmaq; həll olunmayanlarda texniki komandaya eskalasiya etmək, prosesin sonuna qədər izləmək
• GPS doğrulama qaydaları, ziyarət axışı, sifariş konfiqurasiyası kimi funksional parametrləri sistem tələbinə uyğun qurmaq
B. İstifadəçi Onboardinqi və Təlim
• Yeni qəbul edilən satış nümayəndəsi və merçandeayzerlər üçün Tinda SFA üzrə gündəlik iş axışına dair fərdi təlim keçmək (sifariş yaratma, ziyarət qaydaları, iade, hesabat)
• Addım-addım video bələdçilər, ekran görüntülü təlimatlar və FAQ sənədlərini hazırlamaq, sistem yeniliklərindən sonra güncəlləmək
• Köhnə istifadəçilər üçün yeni funksionallıqlar barədə qrup məlumatlandırma sessiyaları keçmək
• Ən çox təkrarlanan dəstək sorğularını təhlil edərək profilaktik təlim məzmunu hazırlamaq
C. ERP Müqavilə Daxiletməsi — Mikro ERP
• ƏT məhsulları isti satışı kanalı üzrə bağlanan müştəri müqavilələrini imzalanmadan sonra 24 iş saatı ərzində ERP-ə daxil etmək
• Müqavilə şərtlərini qiymət siyahısı, ödəniş müddəti və üsulu, endirim/bonus strukturu, çatdırılma rejimi tam və dəqiq əks etdirmək
• Yeni müştəri kartlarının ERP-də açılması; mövcud kartlardakı ünvan, kontakt, kateqoriya məlumatlarının güncəlləşdirilməsi
• İmzalanmış əlavə müqavilə və şərt dəyişikliklərini vaxtında ERP-ə yansıtmaq; dəyişiklik tarixlərini sənəd üzərindən doğrulamaq
• Bağlanan müqavilələrin fiziki nüsxəsini şirkətin arxiv qaydasına uyğun saxlamaq; elektron nüsxəni müəyyənləşdirilmiş qovluq strukturuna yerləşdirmək
D. Kontrol və Monitorinq
• Daxil edilmiş müqavilələrin həftəlik yoxlamasını aparmaq; qiymət, endirim, müddət sahələrindəki xəta / boşluqları aşkar edərək düzəliş etmək
• ERP məlumatlarının SFA kataloqu ilə uyğunluğunu mütəmadi yoxlamaq; qiymət və məhsul kənarlaşmalarını müvafiq şöbəyə bildirmək
• Müddəti bitmə tarixinə 30 gün qalmış müqavilələr üçün kommersiya şöbəsinə yazılı xəbərdarlıq göndərmək
• Aktiv müqavilələrin siyahısını, bitmə tarixlərini və uzatma statusunu əks etdirən aylıq hesabatı hazırlayıb rəhbərliyə təqdim etmək
• SFA-da anomaliyaları (uzun müddət ziyarət edilməmiş nöqtələr, kəsilmiş marşrutlar, sıfır sifariş) müəyyən edərək kommersiya rəhbərliyinə bildirmək
Tələblər
• ERP sistemi ilə aktiv işləmə təcrübəsi — minimum 1 il
• Mikro ERP — birbaşa iş təcrübəsi
• Tinda SFA və ya oxşar sahə satış tətbiqi ilə tanışlıq
• FMCG / pərakəndə ticarət sektorunda iş təcrübəsi
• Microsoft Excel — intermediate səviyyə (VLOOKUP/XLOOKUP, pivot cədvəl, şərtli formatlaşdırma)
• Mobil tətbiqetmə istifadəçi idarəetməsi və konfiqurasiyasını başa düşmə
• Müqavilə mətnini oxuyaraq əsas ticarət şərtlərini müstəqil çıxara bilmə
• Azərbaycan dili