MD
MİLLA DAİRY

ERP üzrə mütəxəssis

Xırdalan 2 saat əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Təcrübə
career-levels.prof
Kateqoriya
Satış

Vəzifə haqqında

Təsvir

A. Texniki Dəstək — Tinda SFA

•     Sahə nümayəndələrinin SFA tətbiqindəki xətaları (məhsulun görünməməsi, qiymət uyğunsuzluğu, sifarişin sistemə getməməsi, tətbiqin açılmaması) qəbul etmək, prioritetə görə təsnifləndirmək və həll etmək

•     Yeni istifadəçi hesablarının açılması, rol və icazə parametrlərinin (nümayəndə, merçandeayzer, supervisor) təyin edilməsi; işdən ayrılan əməkdaşların hesablarının vaxtında bağlanması

•     Məhsul kataloqunda yeni SKU-ların əlavə edilməsi, mövcud məhsulların statusunun yenilənməsi (aktiv / deaktiv / mövsümi)

•     Müştəri və ticarət nöqtəsi kartlarının SFA-da yaradılması; ünvan, coğrafiya bölgüsü, marşrut təyinatının düzgün əks etdirilməsinin təmin edilməsi

•     SFA ilə Mikro ERP arasındakı sinxronizasiya problemlərini birincil səviyyədə araşdırmaq; həll olunmayanlarda texniki komandaya eskalasiya etmək, prosesin sonuna qədər izləmək

•     GPS doğrulama qaydaları, ziyarət axışı, sifariş konfiqurasiyası kimi funksional parametrləri sistem tələbinə uyğun qurmaq

B. İstifadəçi Onboardinqi və Təlim

•     Yeni qəbul edilən satış nümayəndəsi və merçandeayzerlər üçün Tinda SFA üzrə gündəlik iş axışına dair fərdi təlim keçmək (sifariş yaratma, ziyarət qaydaları, iade, hesabat)

•     Addım-addım video bələdçilər, ekran görüntülü təlimatlar və FAQ sənədlərini hazırlamaq, sistem yeniliklərindən sonra güncəlləmək

•     Köhnə istifadəçilər üçün yeni funksionallıqlar barədə qrup məlumatlandırma sessiyaları keçmək

•     Ən çox təkrarlanan dəstək sorğularını təhlil edərək profilaktik təlim məzmunu hazırlamaq

C. ERP Müqavilə Daxiletməsi — Mikro ERP

•     ƏT məhsulları isti satışı kanalı üzrə bağlanan müştəri müqavilələrini imzalanmadan sonra 24 iş saatı ərzində ERP-ə daxil etmək

•     Müqavilə şərtlərini qiymət siyahısı, ödəniş müddəti və üsulu, endirim/bonus strukturu, çatdırılma rejimi tam və dəqiq əks etdirmək

•     Yeni müştəri kartlarının ERP-də açılması; mövcud kartlardakı ünvan, kontakt, kateqoriya məlumatlarının güncəlləşdirilməsi

•     İmzalanmış əlavə müqavilə və şərt dəyişikliklərini vaxtında ERP-ə yansıtmaq; dəyişiklik tarixlərini sənəd üzərindən doğrulamaq

•     Bağlanan müqavilələrin fiziki nüsxəsini şirkətin arxiv qaydasına uyğun saxlamaq; elektron nüsxəni müəyyənləşdirilmiş qovluq strukturuna yerləşdirmək

D. Kontrol və Monitorinq

•     Daxil edilmiş müqavilələrin həftəlik yoxlamasını aparmaq; qiymət, endirim, müddət sahələrindəki xəta / boşluqları aşkar edərək düzəliş etmək

•     ERP məlumatlarının SFA kataloqu ilə uyğunluğunu mütəmadi yoxlamaq; qiymət və məhsul kənarlaşmalarını müvafiq şöbəyə bildirmək

•     Müddəti bitmə tarixinə 30 gün qalmış müqavilələr üçün kommersiya şöbəsinə yazılı xəbərdarlıq göndərmək

•     Aktiv müqavilələrin siyahısını, bitmə tarixlərini və uzatma statusunu əks etdirən aylıq hesabatı hazırlayıb rəhbərliyə təqdim etmək

•     SFA-da anomaliyaları (uzun müddət ziyarət edilməmiş nöqtələr, kəsilmiş marşrutlar, sıfır sifariş) müəyyən edərək kommersiya rəhbərliyinə bildirmək

Tələblər

•     ERP sistemi ilə aktiv işləmə təcrübəsi — minimum 1 il 

•     Mikro ERP — birbaşa iş təcrübəsi

•     Tinda SFA və ya oxşar sahə satış tətbiqi ilə tanışlıq

•     FMCG / pərakəndə ticarət sektorunda iş təcrübəsi 

•     Microsoft Excel — intermediate səviyyə (VLOOKUP/XLOOKUP, pivot cədvəl, şərtli formatlaşdırma)

•     Mobil tətbiqetmə istifadəçi idarəetməsi və konfiqurasiyasını başa düşmə

•     Müqavilə mətnini oxuyaraq əsas ticarət şərtlərini müstəqil çıxara bilmə

•     Azərbaycan dili

Oxşar vakansiyalar

: