Qardaşlar Mebel CNC Proqramçı
About this role
İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza peşəkar və məsuliyyətli CNC Proqramçı dəvət edir.
Vəzifə öhdəlikləri
CNC dəzgahları üçün proqramların hazırlanması və optimallaşdırılması;
Layihələrin 3D MODELLƏŞDİRMƏ BACARIĞI, ArtCAM və AlphaCAM proqramlarında hazırlanması;
Texniki çertyoj və eskizlər əsasında emal proqramlarının yazılması;
İstehsalat prosesinin izlənilməsi və yaranan texniki problemlərin operativ həlli;
Material sərfiyyatının və emal vaxtının optimallaşdırılması;
Hazırlanan proqramların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi.
Namizədə tələblər
CNC proqramlaşdırılması sahəsində minimum 5 il iş təcrübəsi;
3D modelləşdirmə proqramları ilə işləmək, ArtCAM və AlphaCAM proqramlarını sərbəst səviyyədə bilmək;
Texniki çertyojları oxuma və ölçülərlə işləmək bacarığı;
CNC emal texnologiyaları haqqında bilik;
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
Komandada işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı.
İş şəraiti
İş qrafiki: Həftədə 6 iş günü;
Həftəlik iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 40 saatı keçməyəcək;
Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək;
Rəsmi əmək müqaviləsi;
Stabil iş mühiti və peşəkar inkişaf imkanı.
Vakansiyaya müraciət üçün [email protected] elektron poçt ünvanına CV göndərməyiniz xahiş olunur.
