- Work mode
- Full-time
- Category
- Design
About this role
Təsvir
1. Bazar Araşdırması, Sourcing və Tenderlərin İdarə Edilməsi
▪ Yeni təchizatçıları, innovativ materialları və qiymət trendlərini müəyyən etmək üçün mütəmadi bazar araşdırmaları aparmaq;
▪ Şirkətin daxili qaydalarına uyğun olaraq kataloqlar, internet və təchizatçılar vasitəsilə qiymət və spesifikasiyaları öyrənmək, potensial partnyorları qiymətləndirmək;
▪ Şirkətin təchizatçı məlumat bazasını (database) genişləndirmək və vendorlarla uzunmüddətli əlaqələr qurmaq;
▪ Elektron tender platformalarından istifadə etməklə tender proseslərini (RFQ/ITT) uçdan-uca idarə etmək.
2. Texniki-Kommersiya Analizi və Danışıqlar
▪ Dizayn və Mühəndislik komandaları ilə sıx işləyərək ətraflı texniki spesifikasiyaları toplamaq və analiz etmək;
▪ Təchizatçıların təkliflərini texniki və kommersiya baxımından qiymətləndirmək, riskləri müəyyən etmək və ətraflı kommersiya müqayisə cədvəlləri (bid tabs) hazırlamaq;
▪ Keyfiyyət və təhlükəsizlik standartlarından güzəştə getmədən ən rəqabətli qiymətləri, ödəniş şərtlərini, endirimləri və çatdırılma qrafiklərini müzakirə etmək (negotiation);
▪ Çərçivə müqavilələri (framework orders) üzrə sifarişləri idarə etmək.
3. Sifarişlərin İdarə Edilməsi, ERP və Maliyyə Prosesləri
▪ Tikinti sahəsindən gələn və təsdiq olunmuş Material Sifarişləri (MR) əsasında daxili ERP sistemində Satınalma Sifarişlərini (PO) yaratmaq;
▪ Sifarişlərin statusunu izləmək, təchizatçılardan ödəniş sənədlərini toplamaq və daxili 3-lü uyğunlaşdırma (3-way matching: Hesab-faktura vs Sifariş vs Çatdırılma sənədi) prosesini icra etmək;
▪ Maliyyə departamentinə ödəniş sorğularını göndərmək və ödəniş statusunu təqib etmək;
▪ Audit və izlənilmə üçün satınalma ilə bağlı bütün sənədləri daxili qovluqlarda (folders) arxivləşdirmək.
4. Logistika, Keyfiyyət və Koordinasiya
▪ Materialların tikinti sahələrinə vaxtında çatdırılmasını təmin etmək üçün Logistika və Anbar komandaları ilə sıx koordinasiyada işləmək;
▪ Təchizat zəncirindəki ləngimələri və problemləri proaktiv şəkildə həll etmək;
▪ Materialların texniki spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunu yoxlamaq üçün QA/QC (Keyfiyyətə nəzarət) və Mühəndislik komandaları ilə əməkdaşlıq etmək, təchizatçı sorğularını onlarla birlikdə cavablandırmaq.
Tələblər
Təhsil və Təcrübə
▪ Tikinti sənayesində, irimiqyaslı daşınmaz əmlak layihələrində satınalma üzrə ən azı 3 il sübut olunmuş iş təcrübəsi.
▪ Material təchizatçıları və subpodratçılarla işləmək təcrübəsi.
▪ Tikinti materiallarının spesifikasiyaları, növləri/markaları və bazar dinamikası (xüsusilə yerli və regional təchizatçılar) barədə dərin biliklər; Təchizatçıların təqdim etdiyi texniki məlumat vərəqlərini (data sheets) müqayisə etmək bacarığı.
▪ Tikinti və ya mühəndislik istiqamətində təhsili ciddi üstünlükdür.
Texniki və Analitik Bacarıqlar
▪ Microsoft Office proqramları paketini, xüsusilə MS Excel-i (formullar, pivot cədvəllər, data analizi) mükəmməl səviyyədə bilmək.
▪ Ödənişlərin qeydiyyatı və müqavilələrin izlənilməsi üçün ERP sistemləri ilə işləmək bacarığı.
▪ Detallara qarşı yüksək diqqətlilik, güclü analitik və rəqəmlərlə işləmək bacarığı.
▪ Müqavilə və maliyyə sənədlərini hazırlamaq, oxumaq və təhlil etmək (şərh etmək) bacarığı.
Dil Bilikləri
▪ Azərbaycan dili: Ana dil səviyyəsində (yazılı və şifahi).
▪ İngilis dili: Peşəkar iş səviyyəsindəki bilik tələb olunur (yazılı və şifahi).
Şəxsi Keyfiyyətlər
▪ Dəqiqlik və keyfiyyət prinsiplərinə sadiq qalaraq, detallara qarşı müstəsna diqqətlilik.
▪ Yüksək özünü motivasiyaetmə, güclü təşkilatçılıq bacarığı və eyni vaxtda bir neçə tapşırığı idarə etmək qabiliyyəti.
▪ Tapşırıqların vaxtında icra edilməsinə və problemlərin proaktiv şəkildə həll olunmasına yüksək dərəcədə yönümlülük.
▪ Mükəmməl yazılı və şifahi ünsiyyət (kommunikasiya) bacarıqları.
▪ Subpodratçılar və daxili maraqlı tərəflər (stakeholders) ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq bacarığı və peşəkar davranış forması.
▪ Sürətli iş ahəngində və layihənin sıx icra müddətləri (deadlines) çərçivəsində çoxşaxəli tapşırıqları yerinə yetirmək və səmərəli fəaliyyət göstərmək bacarığı.