PRE
PASHA Real Estate Group

Construction Materials Buyer

Bakı Опубликовано 2 ч. назад Источник: glorri.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Режим работы
Полная занятость
Категория
Дизайн

О должности

Təsvir

1. Bazar Araşdırması, Sourcing və Tenderlərin İdarə Edilməsi

▪     Yeni təchizatçıları, innovativ materialları və qiymət trendlərini müəyyən etmək üçün mütəmadi bazar araşdırmaları aparmaq;

▪     Şirkətin daxili qaydalarına uyğun olaraq kataloqlar, internet və təchizatçılar vasitəsilə qiymət və spesifikasiyaları öyrənmək, potensial partnyorları qiymətləndirmək;

▪     Şirkətin təchizatçı məlumat bazasını (database) genişləndirmək və vendorlarla uzunmüddətli əlaqələr qurmaq;

▪     Elektron tender platformalarından istifadə etməklə tender proseslərini (RFQ/ITT) uçdan-uca idarə etmək.

2. Texniki-Kommersiya Analizi və Danışıqlar

▪     Dizayn və Mühəndislik komandaları ilə sıx işləyərək ətraflı texniki spesifikasiyaları toplamaq və analiz etmək;

▪     Təchizatçıların təkliflərini texniki və kommersiya baxımından qiymətləndirmək, riskləri müəyyən etmək və ətraflı kommersiya müqayisə cədvəlləri (bid tabs) hazırlamaq;

▪     Keyfiyyət və təhlükəsizlik standartlarından güzəştə getmədən ən rəqabətli qiymətləri, ödəniş şərtlərini, endirimləri və çatdırılma qrafiklərini müzakirə etmək (negotiation);

▪     Çərçivə müqavilələri (framework orders) üzrə sifarişləri idarə etmək.

3. Sifarişlərin İdarə Edilməsi, ERP və Maliyyə Prosesləri

▪     Tikinti sahəsindən gələn və təsdiq olunmuş Material Sifarişləri (MR) əsasında daxili ERP sistemində Satınalma Sifarişlərini (PO) yaratmaq;

▪     Sifarişlərin statusunu izləmək, təchizatçılardan ödəniş sənədlərini toplamaq və daxili 3-lü uyğunlaşdırma (3-way matching: Hesab-faktura vs Sifariş vs Çatdırılma sənədi) prosesini icra etmək;

▪     Maliyyə departamentinə ödəniş sorğularını göndərmək və ödəniş statusunu təqib etmək;

▪     Audit və izlənilmə üçün satınalma ilə bağlı bütün sənədləri daxili qovluqlarda (folders) arxivləşdirmək.

4. Logistika, Keyfiyyət və Koordinasiya

▪     Materialların tikinti sahələrinə vaxtında çatdırılmasını təmin etmək üçün Logistika və Anbar komandaları ilə sıx koordinasiyada işləmək;

▪     Təchizat zəncirindəki ləngimələri və problemləri proaktiv şəkildə həll etmək;

▪     Materialların texniki spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunu yoxlamaq üçün QA/QC (Keyfiyyətə nəzarət) və Mühəndislik komandaları ilə əməkdaşlıq etmək, təchizatçı sorğularını onlarla birlikdə cavablandırmaq.

Tələblər

Təhsil və Təcrübə

▪     Tikinti sənayesində, irimiqyaslı daşınmaz əmlak layihələrində satınalma üzrə ən azı 3 il sübut olunmuş iş təcrübəsi.

▪     Material təchizatçıları və subpodratçılarla işləmək təcrübəsi.

▪     Tikinti materiallarının spesifikasiyaları, növləri/markaları və bazar dinamikası (xüsusilə yerli və regional təchizatçılar) barədə dərin biliklər; Təchizatçıların təqdim etdiyi texniki məlumat vərəqlərini (data sheets) müqayisə etmək bacarığı.

▪     Tikinti və ya mühəndislik istiqamətində təhsili ciddi üstünlükdür.

Texniki və Analitik Bacarıqlar

▪     Microsoft Office proqramları paketini, xüsusilə MS Excel-i (formullar, pivot cədvəllər, data analizi) mükəmməl səviyyədə bilmək.

▪     Ödənişlərin qeydiyyatı və müqavilələrin izlənilməsi üçün ERP sistemləri ilə işləmək bacarığı.

▪     Detallara qarşı yüksək diqqətlilik, güclü analitik və rəqəmlərlə işləmək bacarığı.

▪     Müqavilə və maliyyə sənədlərini hazırlamaq, oxumaq və təhlil etmək (şərh etmək) bacarığı.

Dil Bilikləri

▪     Azərbaycan dili: Ana dil səviyyəsində (yazılı və şifahi).

▪     İngilis dili: Peşəkar iş səviyyəsindəki bilik tələb olunur (yazılı və şifahi).

Şəxsi Keyfiyyətlər

▪     Dəqiqlik və keyfiyyət prinsiplərinə sadiq qalaraq, detallara qarşı müstəsna diqqətlilik.

▪     Yüksək özünü motivasiyaetmə, güclü təşkilatçılıq bacarığı və eyni vaxtda bir neçə tapşırığı idarə etmək qabiliyyəti.

▪     Tapşırıqların vaxtında icra edilməsinə və problemlərin proaktiv şəkildə həll olunmasına yüksək dərəcədə yönümlülük.

▪     Mükəmməl yazılı və şifahi ünsiyyət (kommunikasiya) bacarıqları.

▪     Subpodratçılar və daxili maraqlı tərəflər (stakeholders) ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq bacarığı və peşəkar davranış forması.

▪     Sürətli iş ahəngində və layihənin sıx icra müddətləri (deadlines) çərçivəsində çoxşaxəli tapşırıqları yerinə yetirmək və səmərəli fəaliyyət göstərmək bacarığı.

Похожие вакансии

: