P
Monthly salary
Salary negotiable
- Category
- Design
About this role
Namizədə olan tələblər:
- Data engineering, data architecture, BI/DWH və ya platform engineering sahəsində minimum 5+ il təcrübə;
- Data Lake, Lakehouse və Data Warehouse layihələrində praktiki iştirak təcrübəsi;
- SQL üzrə güclü bilik;
- ETL/ELT pipeline-larının dizaynı və implementasiyası üzrə təcrübə;
- Data modeling, star schema, dimensional modeling, data mart və semantic layer anlayışları üzrə bilik;
- Cloud və ya on-prem data platformaları ilə iş təcrübəsi;
- API, database, file-based və batch data inteqrasiyaları ilə iş təcrübəsi;
- Python, Power BI, Docker, Git, CI/CD, Linux və logging alətləri üzrə biliklər;
- Data quality, validation, reconciliation və monitoring yanaşmaları üzrə bilik;
- Access control, data security, audit və governance prinsipləri haqqında anlayış;
- Komandaya texniki rəhbərlik, code review və texniki qərarların əsaslandırılması bacarığı;
- Müştəri ilə texniki səviyyədə kommunikasiya aparmaq bacarığı;
- Texniki sənədləşdirmə və arxitektura dizaynı hazırlamaq bacarığı;
- Asan ünsiyyət qurmaq bacarığı;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;
- Ali təhsilli olmaq;
- Texniki ingilis dili biliyi (daha yaxşı bilənlərə üstünlük verilir);
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyətinə malik olmaq.
Ən azı bir data platform stack-i üzrə praktik bilik:
- Azure Data Lake / Azure Data Factory / Microsoft Fabric / Synapse;
- Databricks / Delta Lake;
- Snowflake;
- PostgreSQL / ClickHouse;
- Airflow / dbt / Kafka / MinIO və digər open-source alətlər;
İş barədə məlumat:
- Data Lake, Lakehouse və Data Warehouse arxitekturasının dizayn edilməsi;
- Cloud, on-premise və hybrid data platforma yanaşmalarının qiymətləndirilməsi və uyğun həllin seçilməsi;
- Azure, Microsoft Fabric, Databricks, Snowflake, PostgreSQL, ClickHouse və ya open-source data stack-ləri üzrə platforma yanaşmasının formalaşdırılması;
- PROSYS məhsullarından və müştəri sistemlərindən data çıxarılması üçün inteqrasiya strategiyasının hazırlanması;
- API, database connector, file ingestion, CDC və ETL/ELT yanaşmalarının müəyyən edilməsi;
- Bronze/Silver/Gold layer-larının, staging/core/mart strukturlarının və data mart-ların dizaynı;
- Maliyyə, HR, əmək haqqı, büdcə, satınalma, sənəd dövriyyəsi və digər sistemlər üzrə analitik data modellərinin hazırlanması;
- Data Engineer-lərin işinə texniki rəhbərlik edilməsi, task bölgüsü və code review prosesinin aparılması;
- Pipeline-ların, orchestration proseslərinin, data quality yoxlamalarının və monitoring mexanizmlərinin qurulmasına rəhbərlik edilməsi;
- DevOps/Cloud Engineer ilə birlikdə data platformasının install, deployment, CI/CD, monitoring və production readiness proseslərinin idarə edilməsi;
- BI komandası üçün etibarlı semantic layer və data mart-ların hazırlanması;
- Müştərinin IT, security, data və biznes komandaları ilə texniki müzakirələrin aparılması;
- Data governance, access control, RBAC, audit log, lineage, data quality və security prinsiplərinin tətbiq edilməsi;
- Təkrar istifadə olunan Data Connector Pack, Data Mart Pack və Dashboard Pack konseptlərinin hazırlanması;
- Texniki sənədlərin, arxitektura diaqramlarının, source-to-target mapping-lərin və istismar təlimatlarının hazırlanması;
- Texniki dəstək mərhələlərində texniki stabilliyin təmin edilməsi.
Biz sizə nə təklif edirik?
- Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı
- Dostyana və dəstəkləyici iş mühiti
- Müasir texnologiyalarla işləmək fürsəti
- Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00 – 18:00
- İş yeri: Bakı, Azərbaycan
- İş rejimi: Tam ştat (Full-time)
- İstirahət günləri: Şənbə və bazar
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Data Platforması üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.