P
Prosys LLC

Data Platforması üzrə mütəxəssis

20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Dizayn

Vəzifə haqqında

Namizədə olan tələblər:

  • Data engineering, data architecture, BI/DWH və ya platform engineering sahəsində minimum 5+ il təcrübə;
  • Data Lake, Lakehouse və Data Warehouse layihələrində praktiki iştirak təcrübəsi;
  • SQL üzrə güclü bilik;
  • ETL/ELT pipeline-larının dizaynı və implementasiyası üzrə təcrübə;
  • Data modeling, star schema, dimensional modeling, data mart və semantic layer anlayışları üzrə bilik;
  • Cloud və ya on-prem data platformaları ilə iş təcrübəsi;
  • API, database, file-based və batch data inteqrasiyaları ilə iş təcrübəsi;
  • Python, Power BI, Docker, Git, CI/CD, Linux və logging alətləri üzrə biliklər;
  • Data quality, validation, reconciliation və monitoring yanaşmaları üzrə bilik;
  • Access control, data security, audit və governance prinsipləri haqqında anlayış;
  • Komandaya texniki rəhbərlik, code review və texniki qərarların əsaslandırılması bacarığı;
  • Müştəri ilə texniki səviyyədə kommunikasiya aparmaq bacarığı;
  • Texniki sənədləşdirmə və arxitektura dizaynı hazırlamaq bacarığı;
  • Asan ünsiyyət qurmaq bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;
  • Ali təhsilli olmaq;
  • Texniki ingilis dili biliyi (daha yaxşı bilənlərə üstünlük verilir);
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyətinə malik olmaq.

Ən azı bir data platform stack-i üzrə praktik bilik:

  • Azure Data Lake / Azure Data Factory / Microsoft Fabric / Synapse;
  • Databricks / Delta Lake;
  • Snowflake;
  • PostgreSQL / ClickHouse;
  • Airflow / dbt / Kafka / MinIO və digər open-source alətlər;

İş barədə məlumat:

  • Data Lake, Lakehouse və Data Warehouse arxitekturasının dizayn edilməsi;
  • Cloud, on-premise və hybrid data platforma yanaşmalarının qiymətləndirilməsi və uyğun həllin seçilməsi;
  • Azure, Microsoft Fabric, Databricks, Snowflake, PostgreSQL, ClickHouse və ya open-source data stack-ləri üzrə platforma yanaşmasının formalaşdırılması;
  • PROSYS məhsullarından və müştəri sistemlərindən data çıxarılması üçün inteqrasiya strategiyasının hazırlanması;
  • API, database connector, file ingestion, CDC və ETL/ELT yanaşmalarının müəyyən edilməsi;
  • Bronze/Silver/Gold layer-larının, staging/core/mart strukturlarının və data mart-ların dizaynı;
  • Maliyyə, HR, əmək haqqı, büdcə, satınalma, sənəd dövriyyəsi və digər sistemlər üzrə analitik data modellərinin hazırlanması;
  • Data Engineer-lərin işinə texniki rəhbərlik edilməsi, task bölgüsü və code review prosesinin aparılması;
  • Pipeline-ların, orchestration proseslərinin, data quality yoxlamalarının və monitoring mexanizmlərinin qurulmasına rəhbərlik edilməsi;
  • DevOps/Cloud Engineer ilə birlikdə data platformasının install, deployment, CI/CD, monitoring və production readiness proseslərinin idarə edilməsi;
  • BI komandası üçün etibarlı semantic layer və data mart-ların hazırlanması;
  • Müştərinin IT, security, data və biznes komandaları ilə texniki müzakirələrin aparılması;
  • Data governance, access control, RBAC, audit log, lineage, data quality və security prinsiplərinin tətbiq edilməsi;
  • Təkrar istifadə olunan Data Connector Pack, Data Mart Pack və Dashboard Pack konseptlərinin hazırlanması;
  • Texniki sənədlərin, arxitektura diaqramlarının, source-to-target mapping-lərin və istismar təlimatlarının hazırlanması;
  • Texniki dəstək mərhələlərində texniki stabilliyin təmin edilməsi.

Biz sizə nə təklif edirik?

  • Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı
  • Dostyana və dəstəkləyici iş mühiti
  • Müasir texnologiyalarla işləmək fürsəti
  • Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi,  saat 09:00 – 18:00
  • İş yeri: Bakı, Azərbaycan
  • İş rejimi: Tam ştat (Full-time)
  • İstirahət günləri: Şənbə və bazar
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Data Platforması üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

: