E Expressbank ASCExpressbank ASC

Daxili Nəzarət departamenti, Məhkəmə və icra işlərinə nəzarət şöbəsi/müdir

Bakı Posted 3 h ago Source
Full-time 5+ years Finance
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Şöbənin fəaliyyətinin planlaşdırılması, qısamüddətli və uzunmüdətli prioritetlər üzrə təkliflərin hazırlaması;
  • Şöbənin fəaliyyətinə nəzarətin həyata keçirilməsi, işinin keyfiyyətinə və hesabatların hazırlanmasına nəzarət;
  • Şöbənin əməkdaşları tərəfindən təqdim olunmuş cari, aylıq, rüblük və illik hesabatların təqdim edilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasına nəzarət və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Aidiyyəti strukturlarla birlikdə arbitraj, inzibati-iqtisadi və ümumi yurisdiksiya məhkəmələrinə, Bankın adından pretenziya və iddialar, pretenziyalara cavablar va iddialara etirazların hazırlanmasına nəzarət;
  • İnzibati-iqtisadi (arbitraj) ve ümumi yurisdiksiya məhkəmələrində Bankın maraqlarının qorunması məqsədi ilə nümayəndəliyin təmin edilməsi;
  • Məcburi alınması tələb olunan borcların aşkara çıxarılması məqsədi ilə debitor borcların vəziyyəti barədə materiallara baxılmasında və ümidsiz borcların silinməsi barədə təkliflərə rəylərin hazırlanmasında iştirak;
  • Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya və iddialarla bağlı sənədlərin uçotunun aparılmasına nəzarət edir;
  • Bankda iddia tələblərinin hazırlanması, məhkəmələrdə, arbitraj orqanlarında lazımi qaydada Bankın maraqlarının qorunması;
  • Mübahisəli məsələlər üzrə məhkəmə qararlarının icrası mərhələsində məhkəmə və icra işlərinə nəzarət şöbəsinin əməkdaşları ilə birgə tədbirlərin hayata keçirilməsi;
  • Qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin uçotunun aparılmasına nəzarət;
  • Məhkəmə aktı vaxtında icra edilmədikdə, girovsuz kreditlər üzrə borcalanların, onların zaminlərinin və əmlaklarının axtarışının təşkilinə nəzarət edilməsi;
  • Borclunun ümumi əmlak vəziyyətinin araşdırılması məqsədilə, aidiyyəti üzrə sorğuların verilməsi;
  • Aşkar edilmiş ipoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətilərinə sifarişlərin verilməsi və onlar tərəfindən obyektiv qiymətləndirilməsinə nəzarət;
  • Təminatsız kredit borcları ilə əlaqədar çıxarılmış məhkəmə qətnamələrinə əsasən borcalan və zaminlərin iş yerlərinin müəyyən edilməsi və borcun əmək haqqına yönəldilməsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi;
  • İcra edilmiş məhkəmə qətnamələri üzrə icraata xitam verilməsi, ipoteka predmetlərinin yüklülükdən azad edilməsi üçün zəruri sənədlərin hazırlanmasının və aidiyyəti üzrə göndərilməsi;
  • Bankın filial, şöbə və nümayəndəliklərinə hüquqi məsələlərlə bağlı məsləhətlərin verilməsi və metodiki köməkliklərin göstərilməsi;
  • Bankın fəaliyyəti ilə bağlı hüquqi məsələlərə dair Bankın müştərilərinə məsləhətlərin verilməsi; 

Tələblər

  • Ali təhsil;
  • Bank sahəsində iş təcrübəsi (azı 4 (dörd) il);
  • Microsoft Word, Excel və PowerPoint proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan və rus dili biliyi;
  • Müştəri yönümlülük və güclü kommunikasiya bacarıqları.


E Expressbank ASC
Expressbank ASC

Hazırda mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz…

Similar jobs

See all
Apply