Expressbank ASC Daxili Nəzarət departamenti, Məhkəmə və icra işlərinə nəzarət şöbəsi/müdir
İş rejimi Tam ştat Təcrübə 5 ildən çox Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Şöbənin fəaliyyətinin planlaşdırılması, qısamüddətli və uzunmüdətli prioritetlər üzrə təkliflərin hazırlaması;
- Şöbənin fəaliyyətinə nəzarətin həyata keçirilməsi, işinin keyfiyyətinə və hesabatların hazırlanmasına nəzarət;
- Şöbənin əməkdaşları tərəfindən təqdim olunmuş cari, aylıq, rüblük və illik hesabatların təqdim edilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasına nəzarət və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Aidiyyəti strukturlarla birlikdə arbitraj, inzibati-iqtisadi və ümumi yurisdiksiya məhkəmələrinə, Bankın adından pretenziya və iddialar, pretenziyalara cavablar va iddialara etirazların hazırlanmasına nəzarət;
- İnzibati-iqtisadi (arbitraj) ve ümumi yurisdiksiya məhkəmələrində Bankın maraqlarının qorunması məqsədi ilə nümayəndəliyin təmin edilməsi;
- Məcburi alınması tələb olunan borcların aşkara çıxarılması məqsədi ilə debitor borcların vəziyyəti barədə materiallara baxılmasında və ümidsiz borcların silinməsi barədə təkliflərə rəylərin hazırlanmasında iştirak;
- Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya və iddialarla bağlı sənədlərin uçotunun aparılmasına nəzarət edir;
- Bankda iddia tələblərinin hazırlanması, məhkəmələrdə, arbitraj orqanlarında lazımi qaydada Bankın maraqlarının qorunması;
- Mübahisəli məsələlər üzrə məhkəmə qararlarının icrası mərhələsində məhkəmə və icra işlərinə nəzarət şöbəsinin əməkdaşları ilə birgə tədbirlərin hayata keçirilməsi;
- Qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin uçotunun aparılmasına nəzarət;
- Məhkəmə aktı vaxtında icra edilmədikdə, girovsuz kreditlər üzrə borcalanların, onların zaminlərinin və əmlaklarının axtarışının təşkilinə nəzarət edilməsi;
- Borclunun ümumi əmlak vəziyyətinin araşdırılması məqsədilə, aidiyyəti üzrə sorğuların verilməsi;
- Aşkar edilmiş ipoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətilərinə sifarişlərin verilməsi və onlar tərəfindən obyektiv qiymətləndirilməsinə nəzarət;
- Təminatsız kredit borcları ilə əlaqədar çıxarılmış məhkəmə qətnamələrinə əsasən borcalan və zaminlərin iş yerlərinin müəyyən edilməsi və borcun əmək haqqına yönəldilməsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi;
- İcra edilmiş məhkəmə qətnamələri üzrə icraata xitam verilməsi, ipoteka predmetlərinin yüklülükdən azad edilməsi üçün zəruri sənədlərin hazırlanmasının və aidiyyəti üzrə göndərilməsi;
- Bankın filial, şöbə və nümayəndəliklərinə hüquqi məsələlərlə bağlı məsləhətlərin verilməsi və metodiki köməkliklərin göstərilməsi;
- Bankın fəaliyyəti ilə bağlı hüquqi məsələlərə dair Bankın müştərilərinə məsləhətlərin verilməsi;
Tələblər
- Ali təhsil;
- Bank sahəsində iş təcrübəsi (azı 4 (dörd) il);
- Microsoft Word, Excel və PowerPoint proqramları ilə işləmək bacarığı;
- Azərbaycan və rus dili biliyi;
- Müştəri yönümlülük və güclü kommunikasiya bacarıqları.
E 

Expressbank ASC
Hazırda mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz…