Daxili üzrə mütəxəssis
About this role
Vəzifə öhdəlikləri:
Satınalma sifarişlərinin (PO) müqavilələrə, təsdiqlənmiş büdcələrə və satınalma prosedurlarına uyğunluğunun yoxlanılması.
Tender proseslərinin şirkətin daxili qaydalarına və prosedurlarına uyğun aparılmasına nəzarət edilməsi, Tender qərarlarının, qiymətləndirmə protokollarının və təsdiqedici sənədlərin mövcudluğunun yoxlanılması.
Satınalma qiymətlərinin müqavilə, bazar qiymətləri və təsdiqlənmiş təkliflərlə uyğunluğunun təhlil edilməsi.
Əmək haqqı hesablamalarının yoxlanılması, əmək haqqı reyestrlərinin bank çıxarışları və mühasibat məlumatları ilə uzlaşdırılması.
1C proqramı üzrə kontragent hərəkətlərinin, qarşılıqlı hesablaşmaların və qalıqların yoxlanılması, material alışları, anbar hərəkətləri və əlaqəli hesabatların təhlil edilməsi.
Maliyyə hesabatlarının 1C proqramındakı məlumatlarla uyğunluğunun yoxlanılması.
Rəhbərlik tərəfindən verilən operativ və təcili tapşırıqlar üzrə yoxlamaların aparılması və nəticələrin hesabatlaşdırılması.
Aşkarlanmış uyğunsuzluqların sənədləşdirilməsi, səbəblərinin araşdırılması və düzəldici tədbirlərlə bağlı təkliflərin hazırlanması.
Daxili nəzarət yoxlamalarının nəticələri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil.
Daxili nəzarət, audit, maliyyə sahəsində minimum 2 il iş təcrübəsi.
Satınalma, tender və mumakil prosesləri üzrə biliklər.
Əmək haqqı hesablamaları və maliyyə sənədləri ilə işləmək bacarığı.
1C proqramında sərbəst işləmək bacarığı.
MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və s.).
Analitik düşünmə, diqqətlilik və məsuliyyətlilik.
Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı.
Güclü ünsiyyət və komanda ilə işləmə bacarıqları.
Üstünlük veriləcək
Tikinti, daşınmaz əmlak və ya layihə yönümlü şirkətlərdə iş təcrübəsi.
Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət sahəsində əlavə təlim və sertifikatlar.
ERP sistemləri və maliyyə hesabatlılığı üzrə biliklər.
Şəxsi keyfiyyətlər
Yüksək etik davranış və məxfilik prinsiplərinə riayət etmə.
Detallara diqqət.
Problem həll etmə və araşdırma bacarıqları.
Vaxtın düzgün idarə edilməsi və nəticəyönümlülük.
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin edilir
İş yeri: Çıraq Plaza Tiblisi pr 49C
Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsinə uyğun)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.