Avant GroupAvant Group

Daxili üzrə mütəxəssis

1 saat əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
29 iyul 2026

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Satınalma sifarişlərinin (PO) müqavilələrə, təsdiqlənmiş büdcələrə və satınalma prosedurlarına uyğunluğunun yoxlanılması.

  • Tender proseslərinin şirkətin daxili qaydalarına və prosedurlarına uyğun aparılmasına nəzarət edilməsi, Tender qərarlarının, qiymətləndirmə protokollarının və təsdiqedici sənədlərin mövcudluğunun yoxlanılması.

  • Satınalma qiymətlərinin müqavilə, bazar qiymətləri və təsdiqlənmiş təkliflərlə uyğunluğunun təhlil edilməsi.

  • Əmək haqqı hesablamalarının yoxlanılması, əmək haqqı reyestrlərinin bank çıxarışları və mühasibat məlumatları ilə uzlaşdırılması.

  • 1C proqramı üzrə kontragent hərəkətlərinin, qarşılıqlı hesablaşmaların və qalıqların yoxlanılması, material alışları, anbar hərəkətləri və əlaqəli hesabatların təhlil edilməsi.

  • Maliyyə hesabatlarının 1C proqramındakı məlumatlarla uyğunluğunun yoxlanılması.

  • Rəhbərlik tərəfindən verilən operativ və təcili tapşırıqlar üzrə yoxlamaların aparılması və nəticələrin hesabatlaşdırılması.

  • Aşkarlanmış uyğunsuzluqların sənədləşdirilməsi, səbəblərinin araşdırılması və düzəldici tədbirlərlə bağlı təkliflərin hazırlanması.

  • Daxili nəzarət yoxlamalarının nəticələri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

 Tələblər:

  • Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil. 

  • Daxili nəzarət, audit, maliyyə sahəsində minimum 2 il iş təcrübəsi. 

  • Satınalma, tender və mumakil prosesləri üzrə biliklər. 

  • Əmək haqqı hesablamaları və maliyyə sənədləri ilə işləmək bacarığı. 

  • 1C proqramında sərbəst işləmək bacarığı. 

  • MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və s.). 

  • Analitik düşünmə, diqqətlilik və məsuliyyətlilik. 

  • Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı. 

  • Güclü ünsiyyət və komanda ilə işləmə bacarıqları. 

Üstünlük veriləcək

  • Tikinti, daşınmaz əmlak və ya layihə yönümlü şirkətlərdə iş təcrübəsi. 

  • Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət sahəsində əlavə təlim və sertifikatlar. 

  • ERP sistemləri və maliyyə hesabatlılığı üzrə biliklər. 

Şəxsi keyfiyyətlər

  • Yüksək etik davranış və məxfilik prinsiplərinə riayət etmə. 

  • Detallara diqqət. 

  • Problem həll etmə və araşdırma bacarıqları. 

  • Vaxtın düzgün idarə edilməsi və nəticəyönümlülük. 

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30

  • Nahar şirkət tərəfindən təmin edilir

  • İş yeri: Çıraq Plaza Tiblisi pr 49C

  • Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsinə uyğun)

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Hamısına bax