?
Dərzi/Tekstil mütəxəssisi/Atelye əməkdaşlığı (idman geyimləri istiqaməti üzrə)
Monthly salary
Salary negotiable
- Work mode
- Full-time
- Category
- Design
About this role
İdman və çimərlik geyimləri istehsalı üzrə yeni brend komandamıza dərzi/tekstil mütəxəssisi axtarırıq. Detallara diqqət edən və keyfiyyətli tikiş bacarığı olan əməkdaşları komandamızda görmək istəyirik. Həm fərdi dərzilər, həm də atelyelər müraciət edə bilər.
Müraciət üçün formu doldurmağınız mütləqdir: https://forms.gle/XzbkXXVuPFRGukoT9
Vəzifə öhdəlikləri:
- İdman və çimərlik geyimlərinin nümunələrinin (sample) hazırlanması
- Hazır lekal/kalıb əsasında dəqiq və keyfiyyətli tikiş işlərinin görülməsi
- Elastik və texniki parçalarla (lycra, fitness trikotaj, çimərlik parçaları və s.) işləmə
- Overlock, düz tikiş və lazım olduqda digər sənaye maşınlarında işləmə
- Hazır məhsulun keyfiyyət yoxlamasından keçirilməsi və qüsurların aradan qaldırılması
- Dizayner/model mütəxəssis ilə birlikdə nümunələrin təkmilləşdirilməsi
Tələblər:
- Dərzilik/tekstil sahəsində iş təcrübəsi (idman və ya trikotaj geyim üzrə təcrübə üstünlükdür)
- Elastik parçalarla işləmə bacarığı
- Sənaye tikiş maşınlarında (düz tikiş, overlock, coverlock və s.) işləmə bacarığı
- Lekal oxumaq və ona uyğun tikmək bacarığı
- Məsuliyyətli, detallara diqqətli, komandada işləyə bilən
- Atelyelər üçün: müəyyən həcmdə seriya sifarişini vaxtında və keyfiyyətli yerinə yetirmək imkanı
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.