?

Dərzi/Tekstil mütəxəssisi/Atelye əməkdaşlığı (idman geyimləri istiqaməti üzrə)

Bakı 1 həftə əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Dizayn

Vəzifə haqqında

İdman və çimərlik geyimləri istehsalı üzrə yeni brend komandamıza dərzi/tekstil mütəxəssisi axtarırıq. Detallara diqqət edən və keyfiyyətli tikiş bacarığı olan əməkdaşları komandamızda görmək istəyirik. Həm fərdi dərzilər, həm də atelyelər müraciət edə bilər.

Müraciət üçün formu doldurmağınız mütləqdir: https://forms.gle/XzbkXXVuPFRGukoT9

Vəzifə öhdəlikləri:

  • İdman və çimərlik geyimlərinin nümunələrinin (sample) hazırlanması
  • Hazır lekal/kalıb əsasında dəqiq və keyfiyyətli tikiş işlərinin görülməsi
  • Elastik və texniki parçalarla (lycra, fitness trikotaj, çimərlik parçaları və s.) işləmə
  • Overlock, düz tikiş və lazım olduqda digər sənaye maşınlarında işləmə
  • Hazır məhsulun keyfiyyət yoxlamasından keçirilməsi və qüsurların aradan qaldırılması
  • Dizayner/model mütəxəssis ilə birlikdə nümunələrin təkmilləşdirilməsi

Tələblər:

  • Dərzilik/tekstil sahəsində iş təcrübəsi (idman və ya trikotaj geyim üzrə təcrübə üstünlükdür)
  • Elastik parçalarla işləmə bacarığı
  • Sənaye tikiş maşınlarında (düz tikiş, overlock, coverlock və s.) işləmə bacarığı
  • Lekal oxumaq və ona uyğun tikmək bacarığı
  • Məsuliyyətli, detallara diqqətli, komandada işləyə bilən
  • Atelyelər üçün: müəyyən həcmdə seriya sifarişini vaxtında və keyfiyyətli yerinə yetirmək imkanı
     

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar

: