AP Ata Pack MMCAta Pack MMC

Dizayner

Posted 14 h ago Source
Design
Monthly salary
Salary negotiable
Application deadline
23 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri

  • Qablaşdırma məhsullarının dizaynının hazırlanması və çapa uyğunlaşdırılması;
  • Müştəri tələblərinə uyğun dizaynların hazırlanması və redaktə edilməsi;
  • Hazırlanan işlərin keyfiyyətinə tam məsuliyyət daşımaq;
  • Yeni məhsullar üçün kreativ və innovativ dizayn konsepsiyaları hazırlamaq;
  • İstehsal və satış komandaları ilə koordinasiyalı işləyərək sifarişlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Ali təhsil;
  • Qrafik Dizayn sahəsində minimum 2 il iş təcrübəsi (mütləqdir);
  • Adobe Photoshop, Adobe IllustratorCorelDRAW proqramlarında sərbəst işləmək bacarığı;
  • Hərf, yazı və orfoqrafik səhvlərə qarşı yüksək diqqətlilik;
  • Kreativ düşüncə tərzinə malik olmaq, yenilikçi və funksional dizayn ideyaları təqdim etmək bacarığı;
  • Dəqiq, məsuliyyətli və nizam-intizamlı olmaq;
  • Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı;
  • Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı.

İş şəraiti

  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək;
  • Rəsmi əmək müqaviləsi;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş qrafiki: 5 günlük
  • İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və yaxud +994 55 201 26 68 nömrəsinin WhatsApp-na göndərə bilərlər.

AP Ata Pack MMC
Ata Pack MMC
Emal sənayesi

“ATA PACK” MMC artıq 3 ildir ki,Azərbaycanda çap sektorunda uğurla fəaliyyət göstərən və istehsal etdiyi məhsul tipinə görə yeganə tədarükçüdür.Şirkətimiz ölkənin paytaxtı Bakı şəhərində sənaye…

Similar jobs

See all