Ata Pack MMC Dizayner
14 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Dizayn
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Qablaşdırma məhsullarının dizaynının hazırlanması və çapa uyğunlaşdırılması;
- Müştəri tələblərinə uyğun dizaynların hazırlanması və redaktə edilməsi;
- Hazırlanan işlərin keyfiyyətinə tam məsuliyyət daşımaq;
- Yeni məhsullar üçün kreativ və innovativ dizayn konsepsiyaları hazırlamaq;
- İstehsal və satış komandaları ilə koordinasiyalı işləyərək sifarişlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Ali təhsil;
- Qrafik Dizayn sahəsində minimum 2 il iş təcrübəsi (mütləqdir);
- Adobe Photoshop, Adobe Illustrator və CorelDRAW proqramlarında sərbəst işləmək bacarığı;
- Hərf, yazı və orfoqrafik səhvlərə qarşı yüksək diqqətlilik;
- Kreativ düşüncə tərzinə malik olmaq, yenilikçi və funksional dizayn ideyaları təqdim etmək bacarığı;
- Dəqiq, məsuliyyətli və nizam-intizamlı olmaq;
- Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı;
- Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı.
İş şəraiti
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək;
- Rəsmi əmək müqaviləsi;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş qrafiki: 5 günlük
- İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və yaxud +994 55 201 26 68 nömrəsinin WhatsApp-na göndərə bilərlər.
AP 

Ata Pack MMC
Emal sənayesi
“ATA PACK” MMC artıq 3 ildir ki,Azərbaycanda çap sektorunda uğurla fəaliyyət göstərən və istehsal etdiyi məhsul tipinə görə yeganə tədarükçüdür.Şirkətimiz ölkənin paytaxtı Bakı şəhərində sənaye…