ABA ASG Business AviationASG Business Aviation

Ekspeditor-supervayzer - Gəncə Beynəlxalq Hava Limanı

Posted 2 h ago Source
Logistics
Monthly salary
Salary negotiable
Application deadline
22 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Aviation Services Group Gəncə Aeroportunda Ekspeditor supervayzer vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

  • Cinsi: Kişi

  • Təhsil: Orta

  • İş təcrübəsi: 5 ildən az olmayaraq

  • Dil bilikləri: Rus və ya ingilis dillərini bilməsi tələb olunur.

Vəzifə öhdəlikləri:

  • İş fəaliyyətini tənzimləyən normativ sənədləri bilmək və ona riayət etmək;

  • Böyük ekspeditor-supervayzer və operativ menecerin (uçuş heyəti üzrə) müavininin göstərişi olduqda qablaşdırıcılara köməklik göstərmək;

  • Qida ilə yüklənmiş arabacıqların aviaşirkətin xüsusiyyətlərinə müvafiq yerləşməsini yoxlamaq;

  • Perrona getməzdən əvvəl hidroqaldırıcının səliqəli doldurulmasını təmin etmək;

  • Qida və avadanlığın hava gəmisinə vaxtında və lazımi qaydada yüklənməsini təmin etmək, yükləmə zamanı hava gəmisində şəxsən iştirak edərək HG şəxsi heyəti ilə və onların sorğularına dair əlaqə saxlamaq;

  • Tabeliyində olan heyəti HG ilə bağlı sorğular barədə məlumatlandırmaq, bütün heyətin HG-də lazımi səviyyədə işinin görülməsini təmin etmək;

  • Çek-listləri və sənəd formalarını düzgün, tam və vaxtında doldurmaq;

  • Aviaşirkətlərə göndərilən avadanlığın istehsalat şöbəsində alınan miqdarda göndərilməsini təmin etmək, ehtiyatların minimal zəruri səviyyəsini təmin edərək hər hansı çatışmazlıqlar haqqında məruzə etmək;

  • Mərkəzdə səmərəli, keyfiyyətli paylaşdırma xidmətini daim təmin etmək, operativ menecerin göstərişi olduqda digər növbələri icra etmək;

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar gigiyenik, yanğından mühafizə qaydalarına riayət etmək;

  • Fasiləsiz işin təminatı ilə bağlı yaranan digər ayrı-ayrı tapşırıqları yerinə yetirmək;

  • Rəhbərin verdiyi digər tapşırıqları yerinə yetirmək.

İş Şəraiti:

  • İş yeri: Gəncə şəhəri, Gəncə Beynəlxalq Hava Limanı

  • İş qrafiki istehsalatın tələblərindən asılı olaraq növbəli VƏ YA gündəlik ola bilər:

  • Növbəli: 1-ci gün gündüz növbəsi (08:00–20:00), 2-ci gün gecə növbəsi (20:00–08:00), daha sonra 2 gün istirahət.

  • Gündəlik: 5 günlük iş qrafiki, 2 gün istirahət.

  • Əmək haqqı: 690 AZN net

  • Nahar ilə təmin edilmə

  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

ABA ASG Business Aviation
ASG Business Aviation

Similar jobs

See all