ASG Business Aviation Hava Gəmilərinin təmizliyi üzrə texnik - Gəncə Beynəlxalq Hava Limanı
About this role
Aviation Services Group Gəncə Aeroportunda Hava Gəmilərinin təmizliyi üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
Cinsi: Qadın
Təhsil: Orta
İş təcrübəsi: Tələb olunmur
Vəzifə öhdəlikləri:
Növbə əvvəli xüsusi iş geyimini və fərdi mühafizə vasitələrini geyinmək;
Növbə başlayanadək,reyslərə xidmət üzrə sutkalıq planı şərhlə birlikdə ustadan almaq;
Təmizlik alətlərinin və materiallarının olmasını yoxlamaq;
Yerüstü xidmət üzrə rəhbərliyin tələblərini bilmək və onlara riayət etmək.
Aerodromda hava gəminin dayanacaq yerinə gedərkən yuyucu hərəkət edən hava gəmisinə, xüsusi nəqliyyata və digər mexanikləşdirilmiş vasitələrə qarşı xüsusilə diqqətli olmalıdır. Yer buz bağlayanda, güclü külək olanda, qar və yağış yağanda gedərkən (perronda, trapda, xüsusi nəqliyyatda) daha ehtiyatlı olmağa riayət etmək
Yığışdırma başa çatdırıldıqdan sonra növbənin ustasına, yığışdırmanın keyfiyyəti, aviaşirkətin nümayəndələri tərəfindən iradların olması, həmçinin HG-nin vəziyyəti (salon, xalça örtükləri, tualet otaqları və s.) haqqında məruzə etmək;
Xüsusi hava gəmisinə (hava gəmisindən) girəndə (çıxanda), trapın olmaması, səthin buz bağlaması və ya yaş olması, həmçinin HG-nin açıq lyuklarına düşməmək üçün salonda gedərkən diqqətli olmaq;
İş başa çatdıqdan sonra yuyucu iş inventarlarını yoxlamağa, nasazlıqlar olduqda onu təmirə verməyə borcludur. İnventarı saz təmizləmək və xüsusi olaraq bu məqsədlər üçün ayrılmış yerə qoymaq;
Müəyyən olunmuş daxili intizam qaydalarına, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
İş Şəraiti:
İş yeri: Gəncə şəhəri, Gəncə Beynəlxalq Hava Limanı
İş qrafiki istehsalatın tələblərindən asılı olaraq növbəli VƏ YA gündəlik ola bilər:
Növbəli: 1-ci gün gündüz növbəsi (08:00–20:00), 2-ci gün gecə növbəsi (20:00–08:00), daha sonra 2 gün istirahət.
Gündəlik: 5 günlük iş qrafiki, 2 gün istirahət.
Əmək haqqı: 545 AZN net
Nahar ilə təmin edilmə
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
