G Gemza GroupGemza Group

Elektrik

Posted 6 h ago Source
Engineering
Monthly salary
Salary negotiable
Application deadline
23 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri:

  • Müəssisənin elektrik təsərrüfatının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;

  • Elektrik avadanlıqlarının, paylayıcı lövhələrin, kabel xətlərinin və işıqlandırma sistemlərinin quraşdırılması, təmiri və texniki xidmətinin həyata keçirilməsi;

  • Elektrik şəbəkələrində yaranan nasazlıqların diaqnostikası və operativ aradan qaldırılması;

  • Planlı profilaktik baxış və təmir işlərinin aparılması;

  • Elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət və nasazlıqların qarşısının alınması;

  • Elektrik sxemləri və layihələr üzrə montaj işlərinin yerinə yetirilməsi;

  • Generator, UPS və digər enerji təchizatı avadanlıqlarının istismarında iştirak;

  • Görülən işlər barədə hesabatların hazırlanması;

  • Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi.

Namizədə tələblər:

  • Elektrik, energetika və ya əlaqəli texniki sahə üzrə peşə və ya ali təhsil;

  • Elektrik sahəsində minimum 2 il iş təcrübəsi;

  • Aşağı və orta gərginlikli elektrik sistemləri üzrə biliklər;

  • Elektrik sxemlərini və texniki çertyojları oxumaq bacarığı;

  • Elektrik ölçü cihazlarından istifadə bacarığı;

  • Elektrik təhlükəsizliyi qaydaları üzrə biliklər;

  • Analitik düşünmə və problem həll etmə bacarığı;

  • Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı;

  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı.

Maraqlanan namizədlər mövzu yerində “Elektrik” yazmaqla öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
G Gemza Group
Gemza Group

Similar jobs

See all