Elektrik
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Müəssisənin elektrik təsərrüfatının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
Elektrik avadanlıqlarının, paylayıcı lövhələrin, kabel xətlərinin və işıqlandırma sistemlərinin quraşdırılması, təmiri və texniki xidmətinin həyata keçirilməsi;
Elektrik şəbəkələrində yaranan nasazlıqların diaqnostikası və operativ aradan qaldırılması;
Planlı profilaktik baxış və təmir işlərinin aparılması;
Elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət və nasazlıqların qarşısının alınması;
Elektrik sxemləri və layihələr üzrə montaj işlərinin yerinə yetirilməsi;
Generator, UPS və digər enerji təchizatı avadanlıqlarının istismarında iştirak;
Görülən işlər barədə hesabatların hazırlanması;
Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi.
Namizədə tələblər:
Elektrik, energetika və ya əlaqəli texniki sahə üzrə peşə və ya ali təhsil;
Elektrik sahəsində minimum 2 il iş təcrübəsi;
Aşağı və orta gərginlikli elektrik sistemləri üzrə biliklər;
Elektrik sxemlərini və texniki çertyojları oxumaq bacarığı;
Elektrik ölçü cihazlarından istifadə bacarığı;
Elektrik təhlükəsizliyi qaydaları üzrə biliklər;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı.
Maraqlanan namizədlər mövzu yerində “Elektrik” yazmaqla öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.