Azərsun HoldinqAzərsun Holdinq

Elektrik mühəndisi

Posted 2 w ago Source: azvak.az ↗
Engineering
Monthly salary
Salary negotiable
Application deadline
12 iyul 2026

About this role

Tələblər: 

  • Ali təhsil (Elektrik mühəndisliyi, Elektroenergetika, Avtomatlaşdırma mühəndisliyi və ya uyğun texniki sahə üzrə)

  • Elektrik sistemləri, enerji təchizatı və sənaye avadanlıqlarının istismarı sahəsində minimum 2-3 il iş təcrübəsi.

  • Elektrik avadanlıqlarının quraşdırılması, istismarı, diaqnostikası və nasazlıqların aradan qaldırılması üzrə bilik və bacarıq.

  • Elektrik sxemlərini, layihələri və texniki çertyojları oxumaq və təhlil etmək bacarığı.

  • Elektrik ölçü cihazları ilə işləmək və ölçmə nəticələrini analiz etmək bacarığı.

  • MS Office proqramlarında işləmə bacarığı;

  • Texniki problemləri operativ təhlil etmək və həll yolları hazırlamaq bacarığı;

  • Komandada işləmək, məsuliyyətli olmaq və effektiv ünsiyyət qurmaq bacarığı;

Vəzifə öhdəlikləri:

  • Elektrik, elektronika və avtomatlaşdırma sistemlərinin layihələndirilməsi, quraşdırılması, montaj və demontaj işlərini təşkil etmək, yeni layihələrin və proses dəyişikliklərinin texniki tələblərə uyğun həyata keçirilməsini təmin etmək.

  • Müəssisədə istifadə olunan elektrik, elektronika, avtomatika və ölçü-nəzarət avadanlıqlarının etibarlı və fasiləsiz işləməsinə nəzarət etmək, onların test, təmir və profilaktik baxım planlarını hazırlamaq və icrasını təşkil etmək.

  • Avadanlıqların texniki sənədlərinin, kataloqlarının, sxemlərinin və ehtiyat hissə siyahılarının hazırlanmasını, qeydiyyatını, arxivləşdirilməsini və aktual saxlanılmasını təmin etmək.

  • Ehtiyat hissələrinin və texniki materialların ehtiyac planlamasını həyata keçirmək, minimum ehtiyat səviyyələrinə nəzarət etmək, sifariş proseslərini izləmək və onların səmərəli istifadəsi ilə bağlı təkliflər vermək.

  • Enerji səmərəliliyinin artırılması, istismar və təmir xərclərinin azaldılması, avadanlıqların xidmət müddətinin uzadılması məqsədilə texniki təhlillər aparmaq və təkmilləşdirmə layihələrində iştirak etmək.

  • Texniki cəhətdən müəssisədə istehsal edilə bilən ehtiyat hissələri və avadanlıqları müəyyənləşdirmək, elektrik və avtomatlaşdırma sistemlərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və tətbiqini təmin etmək.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.

  • Nahar şirkət tərəfindən təmin edilir.

Ünvan: İmişli rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri təmin ediləcəkdir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərəbilərsiniz. Email-in mövzu hissəsində “Elektrik mühəndisi İmişli” qeyd etməyiniz xahiş olunur.

Azərsun Holdinq
Azərsun Holdinq

Similar jobs

See all