Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Epidemioloq (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli)
About this role
Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.
Namizədə dair tələblər:
Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);
Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;
Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;
Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;
Epidemioloji məlumatları toplamaq, emal etmək, təhlilini aparmaq və hesabatlarını hazırlamaq;
Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;
Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;
Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunmasına dair təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək.
Əlavə məlumatlar:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 04.07.2026
