Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuAzərbaycan Qida Təhlükəsizliyi İnstitutu

Epidemioloq (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli)

Опубликовано 2 нед. назад Источник: azvak.az ↗
Здравоохранение
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
10 iyul 2026

О должности

Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

Namizədə dair tələblər:

  • Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);

  • Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;

  • Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;

  • Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;

  • Epidemioloji məlumatları toplamaq, emal etmək, təhlilini aparmaq və hesabatlarını hazırlamaq;

  • Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;

  • Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;

  • Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

  • Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunmasına dair təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək.

Əlavə məlumatlar:

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 04.07.2026

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu

Похожие вакансии

Смотреть все