TW The WOOThe WOO

Executive Chef (Baş Aşpaz)

Posted 2 d ago Source
Hospitality
Monthly salary
₼2,500+
Application deadline
12 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri:

  • Restoranın konsepsiyasına uyğun menyuların hazırlanması, resepturaların standartlaşdırılması və yeni təamların daxil edilməsi.
  • Mətbəxin gündəlik əməliyyatlarının planlaşdırılması, koordinasiyası və idarə olunması.
  • Mətbəx heyətinin idarə edilməsi: iş qrafiklərinin tərtibi, işə qəbul, təlimlərin keçirilməsi, performansın qiymətləndirilməsi və motivasiyanın yüksək tutulması.
  • Qida təhlükəsizliyi, sanitariya-gigiyena (HACCP, ISO 22000) standartlarına və daxili nizam-intizam qaydalarına ciddi riayət olunmasına nəzarət.
  • Satınalma prosesinin izlənilməsi, təchizatçılarla iş və anbar qalıqlarının (inventarizasiyanın) düzgün idarə edilməsi.
  • Məhsulların maya dəyərinin (Food Cost) minimumda saxlanılması və tullantıların idarə olunması.
  • Təqdim olunan təamların keyfiyyətinə, vizual görünüşünə və qonaq məmnuniyyətinə birbaşa cavabdehlik daşımaq.

Tələblər:

  • Azərbaycan milli mətbəxi üzrə dərin biliklər və mükəmməl iş təcrübəsi (Mütləqdir);
  • Avropa və digər xarici mətbəxlər sahəsində iş təcrübəsi (Arzuolunandır);
  • Yaş həddi: 27 – 38 yaş;
  • Təcrübə: minimum 5-7 il mütləqdir (Premium seqment Restoran və ya Hotel təcrübəsi olanlara üstünlük verilir);
  • Məsuliyyətli, nizam-intizamlı və punktual;

İş şərtləri:

  • Ünvan: Ağ Şəhər və Sea Breeze (The WOO restaurant)
  • İş qrafiki: 10 saat  (6 günlük növbəli iş qrafiki)
  • İstirahət: Həftədə 1 gün;
  • Şirkət tərəfindən naharla təmin olunma
  • Transfer - Sea Breeze (Koroğlu metro stansiyası)
  • Əmək haqqı: 2500 AZN (Net) + Service Charge (fərdi şəkildə namizədin bilik və bacarığlarına əsasən müzakirə oluna bilər)

Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində mütləq “Chef de Cuisine (Baş Aşpaz)” qeyd edərək göndərmələri xahiş olunur.

TW The WOO
The WOO
Mehmanxana və ictimai iaşə xidmətləri

Similar jobs

See all
Apply