PASHA Real Estate GroupPASHA Real Estate Group

Fit-Out Engineer

Bakı Posted 1 mo ago Source
Full-time Design
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Təsdiqlənmiş çertyojlar, texniki spesifikasiyalar, metod bəyanatları və layihə qrafiklərinə uyğun olaraq sahədə gündəlik fit-out və tamamlama işlərinə nəzarət və koordinasiya etmək.
  • Memarlıq tamamlama işləri, asma tavanlar, arakəsmələr, döşəmə işləri, boya, dülgərlik və interyer quraşdırmaları ilə bağlı sahə fəaliyyətlərini izləmək.
  • Fit-out işlərinin təsdiqlənmiş keyfiyyət standartlarına, nümunələrə (mock-up) və sifarişçi tələblərinə uyğun icra olunmasını təmin etmək.
  • İş axınının fasiləsiz və işlərin vaxtında tamamlanmasını təmin etmək üçün subpodratçılar, təchizatçılar və sahə komandaları ilə koordinasiya aparmaq.
  • Fit-out işləri ilə bağlı shop drawing-ləri, material təqdimatlarını (material submittals) və texniki detalları icradan əvvəl yoxlamaq.
  • Resurslardan səmərəli istifadəni təmin etmək üçün material sərfiyyatını və sahədə məhsuldarlığı izləmək.
  • Yoxlamalar aparmaq, qüsurları, uyğunsuzluqları və keyfiyyətsiz işçilik hallarını müəyyən etmək və onların vaxtında aradan qaldırılmasını təmin etmək.
  • Sahədə keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasını təmin etmək məqsədilə QA/QC və HSE komandaları ilə koordinasiya aparmaq.
  • Fit-out işləri ilə bağlı gündəlik irəliləyiş hesabatları, iş yeniləmələri və sahə sənədlərini hazırlamaq.
  • Fit-out işləri üzrə snagging, test, commissioning dəstəyi və təhvil proseslərində iştirak etmək.
  • Digər sahələrlə toqquşmaların və gecikmələrin qarşısını almaq üçün fit-out işlərinin planlaşdırılması və ardıcıllığının təşkilinə dəstək vermək.
  • Fit-out işlərinin gedişi və texniki məsələlərlə bağlı layihə rəhbərliyi, məsləhətçilər və subpodratçılar ilə koordinasiya görüşlərində iştirak etmək.

Tələblər

Tələb olunan bilik və bacarıqlar

Təhsil:

  • Memarlıq, interyer dizaynı, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.

Xüsusi ixtisas bilikləri:

  • Fit-out işlərinin icrası, interyer tamamlama işləri, shop drawing-lərin oxunması və təhlili, sahə koordinasiyası, keyfiyyətə nəzarət və tikinti detallandırılması sahələrində bilik və təcrübə.

İş təcrübəsi:

  • Tikinti layihələrində fit-out və tamamlama işləri üzrə minimum 5–7 il iş təcrübəsi.

Dil və kompüter bilikləri:

  • AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı.

Xüsusi tələblər

  • İnteryer fit-out materialları və tikinti metodları üzrə güclü biliklər.
  • Texniki və shop drawing çertyojlarını düzgün oxuma və təhlil etmə bacarığı.
  • Tikinti sahəsində güclü koordinasiya və problem həll etmə bacarıqları.
  • Keyfiyyət standartları və tamamlama tolerantlıqları barədə anlayış.
  • Təzyiq altında işləmək və layihə son tarixlərinə riayət etmək bacarığı.
PASHA Real Estate Group
PASHA Real Estate Group

PASHA Real Estate Group operates extensively in real estate, specializing in developing and managing group assets. We are dedicated to reshaping urban landscapes through cutting-edge projects that…

Similar jobs

See all
Apply