PRE
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Dizayn
Vəzifə haqqında
Təsvir
- Təsdiqlənmiş çertyojlar, texniki spesifikasiyalar, metod bəyanatları və layihə qrafiklərinə uyğun olaraq sahədə gündəlik fit-out və tamamlama işlərinə nəzarət və koordinasiya etmək.
- Memarlıq tamamlama işləri, asma tavanlar, arakəsmələr, döşəmə işləri, boya, dülgərlik və interyer quraşdırmaları ilə bağlı sahə fəaliyyətlərini izləmək.
- Fit-out işlərinin təsdiqlənmiş keyfiyyət standartlarına, nümunələrə (mock-up) və sifarişçi tələblərinə uyğun icra olunmasını təmin etmək.
- İş axınının fasiləsiz və işlərin vaxtında tamamlanmasını təmin etmək üçün subpodratçılar, təchizatçılar və sahə komandaları ilə koordinasiya aparmaq.
- Fit-out işləri ilə bağlı shop drawing-ləri, material təqdimatlarını (material submittals) və texniki detalları icradan əvvəl yoxlamaq.
- Resurslardan səmərəli istifadəni təmin etmək üçün material sərfiyyatını və sahədə məhsuldarlığı izləmək.
- Yoxlamalar aparmaq, qüsurları, uyğunsuzluqları və keyfiyyətsiz işçilik hallarını müəyyən etmək və onların vaxtında aradan qaldırılmasını təmin etmək.
- Sahədə keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasını təmin etmək məqsədilə QA/QC və HSE komandaları ilə koordinasiya aparmaq.
- Fit-out işləri ilə bağlı gündəlik irəliləyiş hesabatları, iş yeniləmələri və sahə sənədlərini hazırlamaq.
- Fit-out işləri üzrə snagging, test, commissioning dəstəyi və təhvil proseslərində iştirak etmək.
- Digər sahələrlə toqquşmaların və gecikmələrin qarşısını almaq üçün fit-out işlərinin planlaşdırılması və ardıcıllığının təşkilinə dəstək vermək.
- Fit-out işlərinin gedişi və texniki məsələlərlə bağlı layihə rəhbərliyi, məsləhətçilər və subpodratçılar ilə koordinasiya görüşlərində iştirak etmək.
Tələblər
Tələb olunan bilik və bacarıqlar
Təhsil:
- Memarlıq, interyer dizaynı, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
Xüsusi ixtisas bilikləri:
- Fit-out işlərinin icrası, interyer tamamlama işləri, shop drawing-lərin oxunması və təhlili, sahə koordinasiyası, keyfiyyətə nəzarət və tikinti detallandırılması sahələrində bilik və təcrübə.
İş təcrübəsi:
- Tikinti layihələrində fit-out və tamamlama işləri üzrə minimum 5–7 il iş təcrübəsi.
Dil və kompüter bilikləri:
- AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı.
Xüsusi tələblər
- İnteryer fit-out materialları və tikinti metodları üzrə güclü biliklər.
- Texniki və shop drawing çertyojlarını düzgün oxuma və təhlil etmə bacarığı.
- Tikinti sahəsində güclü koordinasiya və problem həll etmə bacarıqları.
- Keyfiyyət standartları və tamamlama tolerantlıqları barədə anlayış.
- Təzyiq altında işləmək və layihə son tarixlərinə riayət etmək bacarığı.