North WestNorth West

Həcm üzrə mühəndis, Qarabağ (dəmir-beton, incə işlər)

Posted 8 h ago Source
Engineering
Monthly salary
Salary negotiable
Application deadline
2 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri:

  • Dəmir-beton, fit-out və infrastruktur işləri üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması və smetaların hazırlanması 

  • Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi və təhlili 

  • Aşkar olunmuş fərqlərin müəyyən edilməsi, səbəblərinin araşdırılması və zəruri düzəlişlərin aparılması 

  • Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yerində və sənəd üzrə yoxlanılması 

  • Sertifikatlar və icra sənədləri əsasında həcmlərin düzgünlüyünün təsdiqlənməsi 

  • Həcm cədvəllərinə uyğun çertyojların hazırlanması, yenilənməsi və layihə sənədlərinə əlavə edilməsi 

  • Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların operativ şəkildə korrektə edilməsi 

  • Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması 

  • Layihə komandası, dizayn və sahə mühəndisləri ilə koordinasiyanın təmin edilməsi 

  • İş prosesində səmərəliliyin artırılması və risklərin minimallaşdırılması üçün təkliflərin verilməsi 

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə) 

  • Minimum 5 il tikinti layihələrində, xüsusilə həcm və smeta üzrə iş təcrübəsi 

  • AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı 

  • Tikinti işləri, materiallar və texnologiyalar üzrə güclü praktiki bilik 

  • Smeta tərtibi və həcmlərin hesablanması üzrə dərin anlayış 

  • Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik 

  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı 

  • Təzyiq altında işləmək və vaxtında nəticə əldə etmək bacarığı

Muraciətinizi  [email protected] və ya [email protected] elektron poçt ünvanlarına  “Həcm üzrə mühəndis, Qarabağ (dəmir-beton, incə işlər)” başlığı ilə göndərməklə edə bilərsiniz.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
North West
North West
Tikinti

Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət…

Similar jobs

See all