DC DataLead ConsultingDataLead Consulting

Helpdesk Mütəxəssisi

Bakı Posted 15 h ago Source
Full-time IT
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vakansiyanın təsviri

  • İstifadəçilərdən daxil olan texniki müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması və operativ şəkildə həll edilməsi.
  • Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyin göstərilməsi.
  • Windows Server mühitində əsas inzibatçılıq işləri üzrə ilkin biliklərə malik olmaq və Sistem Administratorunun nəzarəti altında icra etmək.
  • Active Directory üzərindən istifadəçi hesablarının yaradılması, parolların sıfırlanması, istifadəçi hüquqlarının idarə olunması və kompüterlərin domenə qoşulması.
  • Microsoft Office paketinin (Word, Excel, Outlook, PowerPoint və s.) quraşdırılması və dəstəklənməsi.
  • Outlook, Exchange və ya Microsoft 365 poçt hesablarının sazlanması və istifadəçilərə texniki dəstək göstərilməsi.
  • Kompüter, noutbuk, printer, skaner və digər periferiya avadanlıqlarının quraşdırılması, sazlanması və nasazlıqlarının aradan qaldırılması.
  • Printerlərin şəbəkəyə qoşulması, paylaşılması və istifadəçi kompüterlərində sazlanması.
  • TCP/IP, LAN, Wi-Fi və lokal şəbəkə bağlantıları ilə bağlı ilkin problemlərin diaqnostikası və aradan qaldırılması.
  • Antivirus proqramlarının quraşdırılması, yenilənməsi və nəzarətdə saxlanılması.
  • AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan idarəetmə vasitələri ilə istifadəçilərə texniki dəstək göstərilməsi.
  • Yeni işçilər üçün kompüterlərin hazırlanması, proqram təminatının quraşdırılması və iş mühitinin konfiqurasiyası.
  • İT avadanlıqlarının inventar uçotunun aparılması və texniki sənədləşdirilməsində iştirak etmək.
  • Sistem Administratoru tərəfindən verilən tapşırıqların icrasında iştirak etmək və eskalasiya olunan problemlərin həllinə dəstək göstərmək.
  • İstifadəçi məmnuniyyətini təmin etmək məqsədilə müraciətlərin vaxtında və keyfiyyətli şəkildə icra olunmasını təmin etmək

Xüsusi tələblər

  • Windows Server (Active Directory, DNS, DHCP və Group Policy) üzrə ilkin biliklər.
  • VMware ESXi, VMware vCenter və ya Hyper-V virtualizasiya platformaları haqqında ilkin biliklər.
  • IIS, Apache və Nginx veb serverləri haqqında ümumi anlayış.
  • MSSQL Server və ya MySQL verilənlər bazaları üzrə ilkin biliklər.
  • Veeam Backup & Replication və digər Backup həlləri haqqında ümumi biliklər.
  • Microsoft 365, Exchange Online və Microsoft Entra ID (Azure AD) ilə işləmək təcrübəsi.
  • Cloud platformaları (AWS, Microsoft Azure, Google Cloud və s.) haqqında ilkin biliklər.
  • TCP/IP, DNS, VPN, SSL və digər şəbəkə protokolları üzrə biliklər.
  • Ticketing sistemləri (GLPI, Jira Service Management, OTRS, Zendesk, Freshservice və s.) ilə işləmək təcrübəsi.
  • PowerShell və ya Batch skriptləri üzrə ilkin biliklər.
  • 3CX IP PBX telefon sistemi haqqında ilkin biliklər.
  • İngilis dilində texniki sənədləri oxuma və anlama bacarığı

Müraciət etmək üçün: [email protected]
DC DataLead Consulting
DataLead Consulting

Similar jobs

See all