Helpdesk Mütəxəssisi
İş rejimi Tam ştat Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- İstifadəçilərdən daxil olan texniki müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması və operativ şəkildə həll edilməsi.
- Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyin göstərilməsi.
- Windows Server mühitində əsas inzibatçılıq işləri üzrə ilkin biliklərə malik olmaq və Sistem Administratorunun nəzarəti altında icra etmək.
- Active Directory üzərindən istifadəçi hesablarının yaradılması, parolların sıfırlanması, istifadəçi hüquqlarının idarə olunması və kompüterlərin domenə qoşulması.
- Microsoft Office paketinin (Word, Excel, Outlook, PowerPoint və s.) quraşdırılması və dəstəklənməsi.
- Outlook, Exchange və ya Microsoft 365 poçt hesablarının sazlanması və istifadəçilərə texniki dəstək göstərilməsi.
- Kompüter, noutbuk, printer, skaner və digər periferiya avadanlıqlarının quraşdırılması, sazlanması və nasazlıqlarının aradan qaldırılması.
- Printerlərin şəbəkəyə qoşulması, paylaşılması və istifadəçi kompüterlərində sazlanması.
- TCP/IP, LAN, Wi-Fi və lokal şəbəkə bağlantıları ilə bağlı ilkin problemlərin diaqnostikası və aradan qaldırılması.
- Antivirus proqramlarının quraşdırılması, yenilənməsi və nəzarətdə saxlanılması.
- AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan idarəetmə vasitələri ilə istifadəçilərə texniki dəstək göstərilməsi.
- Yeni işçilər üçün kompüterlərin hazırlanması, proqram təminatının quraşdırılması və iş mühitinin konfiqurasiyası.
- İT avadanlıqlarının inventar uçotunun aparılması və texniki sənədləşdirilməsində iştirak etmək.
- Sistem Administratoru tərəfindən verilən tapşırıqların icrasında iştirak etmək və eskalasiya olunan problemlərin həllinə dəstək göstərmək.
- İstifadəçi məmnuniyyətini təmin etmək məqsədilə müraciətlərin vaxtında və keyfiyyətli şəkildə icra olunmasını təmin etmək
Xüsusi tələblər
- Windows Server (Active Directory, DNS, DHCP və Group Policy) üzrə ilkin biliklər.
- VMware ESXi, VMware vCenter və ya Hyper-V virtualizasiya platformaları haqqında ilkin biliklər.
- IIS, Apache və Nginx veb serverləri haqqında ümumi anlayış.
- MSSQL Server və ya MySQL verilənlər bazaları üzrə ilkin biliklər.
- Veeam Backup & Replication və digər Backup həlləri haqqında ümumi biliklər.
- Microsoft 365, Exchange Online və Microsoft Entra ID (Azure AD) ilə işləmək təcrübəsi.
- Cloud platformaları (AWS, Microsoft Azure, Google Cloud və s.) haqqında ilkin biliklər.
- TCP/IP, DNS, VPN, SSL və digər şəbəkə protokolları üzrə biliklər.
- Ticketing sistemləri (GLPI, Jira Service Management, OTRS, Zendesk, Freshservice və s.) ilə işləmək təcrübəsi.
- PowerShell və ya Batch skriptləri üzrə ilkin biliklər.
- 3CX IP PBX telefon sistemi haqqında ilkin biliklər.
- İngilis dilində texniki sənədləri oxuma və anlama bacarığı
DC 
DataLead Consulting