HR Mütəxəssis
Posted 20 h ago Source: jobsearch.az ↗
Category HR
About this role
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 5 günlük iş həftəsi, tam iş günü
- Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir.
Əsas vəzifə öhdəlikləri:
- İşə qəbul, işdən azad olunma, vəzifə və struktur dəyişikliyi, əmək haqqı şərtlərinə dəyişiklik, ezamiyyət, məzuniyyət, intizam tədbirləri və digər kadr əməliyyatları üzrə sənədləşmənin aparılması;
- Əmək müqavilələrinin, onlara əlavə və dəyişikliklərin hazırlanması və rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
- Ərizə, təqdimat, əmr, akt, arayış, razılıq və digər aidiyyatı sənədlərinin hazırlanması;
- Məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyət qalıqlarının izlənilməsi və müvafiq uçotun aparılması;
- İşçilərə dair məlumat bazasının mütəmadi olaraq yenilənməsi;
- Məxfilik və şəxsi məlumatların qorunması qaydalarına ciddi riayət edilməsi.
- EMAS sistemində əmək müqavilələri və kadr əməliyyatlarının düzgün qeydiyyatının aparılması;
- İSB və 1C proqramlarında HR və kadr məlumatlarının daxil edilməsi, yoxlanılması və uyğunluğunun təmin edilməsi;
- Sistemlərdə yaranan uyğunsuzluqların vaxtında aşkarlanması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
- Audit və daxili yoxlamalar üçün tələb olunan məlumatların hazırlanması.
- Yeni əməkdaşlar üçün onboarding prosesinin təşkili və koordinasiyası;
- Yeni işçilərin ilk iş günü, ilk həftəsi və ilk ayı üzrə adaptasiya prosesinin izlənilməsi;
- Sınaq müddəti ərzində əməkdaşlarla mütəmadi əlaqənin saxlanılması və geri bildirimlərin toplanılması;
- Sınaq müddəti qiymətləndirmələrinin toplanması və nəticələrin sənədləşdirilməsi.
- İşdən ayrılma prosesinin qanunvericiliyə və daxili prosedurlara uyğun idarə olunması;
- Təhvil-təslim prosesinin koordinasiyası;
- Çıxış müsahibələrinin keçirilməsi və nəticələrin təhlil edilməsi;
- Konfliktli və riskli ayrılma hallarının düzgün kommunikasiya və sənəd intizamı ilə idarə edilməsi.
- Motivasiya və tanınma proqramlarının təşkilində iştirak;
- Daxili tədbirlərin, mükafatlandırma mexanizmlərinin və HR kampaniyalarının icrasına dəstək;
- Komanda mühitinin yaxşılaşdırılması, əməkdaş bağlılığının artırılması və daxili kommunikasiya layihələrində iştirak.
- Təlim ehtiyaclarının toplanması və təlim planlarının hazırlanmasına dəstək;
- Daxili təlimlərin təşkili, iştirakçı qeydiyyatı və nəticələrin izlənilməsi;
- Yeni əməkdaşlar üçün şirkət qaydaları, etik davranış prinsipləri və daxili prosedurlar üzrə məlumatlandırma sessiyalarının təşkili.
- İşə qəbul, işdən çıxma, kadr dövriyyəsi, məzuniyyət statusu, adaptasiya nəticələri və digər HR göstəriciləri üzrə hesabatların hazırlanması;
- Excel proqramında məlumatların işlənməsi, cədvəllərin hazırlanması və analizlərin aparılması;
- Rəhbərlik üçün aylıq və rüblük HR xülasələrinin hazırlanması.
Namizədə tələblər:
- HR sahəsində 3–5 il iş təcrübəsi;
- Kadr uçotu və sənədləşmə üzrə praktiki təcrübənin olması mütləqdir;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə yaxşı bilik və praktiki tətbiq bacarığı;
- EMAS, İSB və 1C proqramlarında işləmək bacarığı;
- Microsoft Excel proqramı üzrə yaxşı biliklər;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- Güclü ünsiyyət və komandada işləmək bacarığı;
- Konfliktlərin idarə olunması və mediativ yanaşma bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, məxfilik prinsiplərinə riayət və yüksək sənəd intizamı;
- Tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək bacarığı.
Əgər siz dinamik iş mühitində çalışmaq istəyən, təşkilatçılıq bacarığı yüksək, məsuliyyətli, diqqətli və geniş HR proseslərini idarə etməyə hazır bir namizədsinizsə, CV-nizi “HR mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
P
PJA MMC
Tikinti
PJA MMC iaşə xidmətləri sahəsində fəaliyyət göstərən çoxbrendli şirkətdir. Şirkət Papa Johns Azerbaijan, LVIV Şokolad Evi və Bursa Kebap Evi brendləri üzrə idarəetmə və əməliyyat fəaliyyətini həyata…