HR üzrə Praktiki Təcrübə Proqramı
About this role
“BAA CONSULTİNG” – Mühasibatlıq, Vergi, Kadr uçotu və digər xidmətlər üzrə 10 ildən artıq təcrübəyə malik olan konsaltinq şirkəti olaraq HR üzrə sıfırdan praktiki və nəzəri olaraq iki hissədən ibarət olan təcrübə proqramına İyul-avqust ayları üzrə yeni qruplara qəbul elan olundu.
İlk öncə onu qeyd edək ki, “BAA CONSULTİNG” nəzdində fəaliyyət göstərən “BAA ACADEMY” olaraq biz sizə öz peşəkar işimizi öyrədirik!
Proqram sizə nə qazandıracaq?
- Real şirkət üzərindən canlı iş təcrübəsi
- ƏMAS portalı üzərində praktiki iş
- Video dərslər və materiallar
- Rəsmi sertifikat (CONSULTİNG tərəfindən)
Kimlər müraciət edə bilər?
- HR sahəsinə marağı olanlar
- Yeni başlayanlar
- Təcrübəsi olmayan məzunlar
- Karyerasını dəyişmək istəyənlər
Qeyd: Proqram ödənişli əsaslarla təşkil olunur.
Müddət 3 ay
Həftədə 2 dəfə-2saat (ofis şəraitində Praktiki təcrübə imkanı)
Nələri öyrənəcəksiniz:
Giriş və Əsaslar, Əmək Müqavilələri
- Əmək qanunvericiliyinə ümumi baxış
- Bu Məcəllənin şamil edilmədiyi şəxslər
- İşçi və işəgötürənin hüquq və vəzifələri
- Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi
- Müqavilə növləri: müddətli, müddətsiz
- Sınaq müddəti və onun tənzimlənməsi qaydası
- Əmək müqaviləsinin tərəfləri,forması, məzmunu, bağlanması, dəyişdirilməsi və ləğvi, -Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:
- Əmas sistemində işəgötürən qismində səllahiyyətli şəxsin qeydiyyatı və və səlahiyyətlərin verilməsi
- Bank hesabının yaradılması
- Müəssisənin strukturunun yaradılması
- Ştatların yaradılması və vakansiya bankına göndərilməsi
- Yeni işə qəbul edilən şəxslə onlayn əmək müqaviləsi bağlanması onlayn əmək müqaviləsi dəyişikliklərin edilməsi onlayn əmək müqaviləsinə xitam verilməsi
Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
- Əmək müqaviləsinə xitam verilməsinin əsasları
- Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
- İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
- Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar
- Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
- Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
- Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları
Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları . İş vaxtının növləri və tənzimlənməsi qaydaları
- Əmək müqavilələri bağlanmasının, dəyişdirilməsinin və xitam verilməsinin sənədləşdirilməsi qaydası, xasiyyətnamələrin verilməsi
- İşə qəbul, əmək müqaviləsinə dəyişikliyin rəsmiləşdirilməsi və Əmək müqaviləsinə xitam verilmə haqqında əmrlərin hazırlanması
- İş və istirahət saatlarının tənzimlənməsi
- Qısaldılmış iş vaxtı və Natamam iş vaxtı
Əmək Haqqının hesablanması İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları , istirahət vaxtı
Əmək və icra intizamının təmin edilməsi qaydaları, Əmək haqqı tabellərinin hazırlanması
Əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimələr
Əsaslar
- Əmək Məcəlləsi: mahiyyəti və hüquqi tələbləri, prinsipləri.
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi( Miqrasiya Xidmətinə sənədlərin təqdim olunması)
- Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan
- Məcburi əməyin qadağan edilməsinin huquqi əsasları
Əlaqə +994102609967