PL
PASHA Life
İnformasiya təhlükəsizliyi departamentinin kiber analitika üzrə mütəxəssisi
Posted 20 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
- Category
- Healthcare
About this role
İnformasiya təhlükəsizliyi departamenti
Müqavilə növü: 1 illik müddətli əmək müqaviləsi
Vəzifə Öhdəlikləri:
- Müxtəlif təhlükəsizlik məhsullarının gündəlik monitorinqi, hesabatların çıxarılması və analizinin aparılması;
- İnformasiya təhlükəsizliyi risklərini müəyyənləşdirmək, qiymətləndirmək və nəzarət mexanizmlərini formalaşdırmaq;
- İnformasiya təhlükəsizliyi insidentlərinin idarə olunması və müvafiq tədbirlər planının hazırlanmasında iştirak etmək;
- Serverlərin, korporativ şəbəkənin, elektron poçt sisteminin, veb resursların və informasiya sistemlərinin təhlükəsizliyinə nəzarət etmək;
- İstifadəçi giriş icazələrinin və informasiya aktivlərinə çıxışların idarə edilməsini təmin etmək;
- Cloud, EDR, DLP, NGFW, UEBA,SIEM,SOAR və digər təhlükəsizlik sistemlərinin monitorinqini və effektiv fəaliyyətini təmin etmək;
- Active Directory və Group Policy idarəetməsinə nəzarət etmək;
- Üçüncü tərəf təchizatçıların və layihələrin informasiya təhlükəsizliyi baxımından qiymətləndirilməsini həyata keçirmək;
- İnformasiya aktivlərinin təsnifləşdirilməsi və qorunması üzrə prinsiplərin hazırlanmasında iştirak etmək;
- Təhlükəsizlik tədbirlərinin effektivliyini qiymətləndirmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
- Şəbəkənin və rəqəmsal infrastrukturun gündəlik monitorinqinin və "log" analizinin aparılması;
- Agile komandalar və digər aidiyyəti strukturlarla koordinasiyalı şəkildə işləmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi tələb olunur.
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
Üstünlüklər:
- BTL1,BTL2, Security+,CEH, CySA+ və ya oxşar sertifikatlar üstünlükdür.
- İSO 27001 , NIST və digər təhlükəsizlik çərçivələri haqqında əsaslı biliklər.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.