PL
PASHA Life

İnformasiya təhlükəsizliyi departamentinin kiber analitika üzrə mütəxəssisi

Опубликовано 20 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
Здравоохранение

О должности

İnformasiya təhlükəsizliyi departamenti

Müqavilə növü: 1 illik müddətli əmək müqaviləsi

Vəzifə Öhdəlikləri:

  • Müxtəlif təhlükəsizlik məhsullarının gündəlik monitorinqi, hesabatların çıxarılması və analizinin aparılması;
  • İnformasiya təhlükəsizliyi risklərini müəyyənləşdirmək, qiymətləndirmək və nəzarət mexanizmlərini formalaşdırmaq;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin idarə olunması və müvafiq tədbirlər planının hazırlanmasında iştirak etmək;
  • Serverlərin, korporativ şəbəkənin, elektron poçt sisteminin, veb resursların və informasiya sistemlərinin təhlükəsizliyinə nəzarət etmək;
  • İstifadəçi giriş icazələrinin və informasiya aktivlərinə çıxışların idarə edilməsini təmin etmək;
  • Cloud, EDR, DLP, NGFW, UEBA,SIEM,SOAR və digər təhlükəsizlik sistemlərinin monitorinqini və effektiv fəaliyyətini təmin etmək;
  • Active Directory və Group Policy idarəetməsinə nəzarət etmək;
  • Üçüncü tərəf təchizatçıların və layihələrin informasiya təhlükəsizliyi baxımından qiymətləndirilməsini həyata keçirmək;
  • İnformasiya aktivlərinin təsnifləşdirilməsi və qorunması üzrə prinsiplərin hazırlanmasında iştirak etmək;
  • Təhlükəsizlik tədbirlərinin effektivliyini qiymətləndirmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
  • Şəbəkənin və rəqəmsal infrastrukturun gündəlik monitorinqinin və "log" analizinin aparılması;
  • Agile komandalar və digər aidiyyəti strukturlarla koordinasiyalı şəkildə işləmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla

Üstünlüklər:

  • BTL1,BTL2, Security+,CEH, CySA+ və ya oxşar sertifikatlar üstünlükdür.
  • İSO 27001 , NIST və digər təhlükəsizlik çərçivələri haqqında əsaslı biliklər.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Похожие вакансии

: