BE Bokt Embafinans MMCBokt Embafinans MMC

İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis

Bakı Posted 3 h ago Source
Full-time 3–5 years IT
Monthly salary
₼1,000 – 1,500
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

·       İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları və daxili nəzarət tələblərinin icrasında iştirak etmək;

·       SIEM, EDR/XDR, Firewall, WAF, DLP, PAM və digər təhlükəsizlik həlləri üzrə hadisələri izləmək və ilkin analiz aparmaq;

·       Təhlükəsizlik insidentlərini araşdırmaq, eskalasiya etmək, sənədləşdirmək və nəticələr üzrə hesabat hazırlamaq;

·       İstifadəçi giriş hüquqlarının, imtiyazlı hesabların və sistem icazələrinin mütəmadi monitorinqini aparmaq;

·       Access review və privilege management proseslərində iştirak etmək;

·       Vulnerability scan nəticələrini təhlil etmək, aşkar edilmiş zəiflikləri risk səviyyəsinə görə prioritetləşdirmək;

·       Zəifliklərin aradan qaldırılması üzrə texniki komandalarla koordinasiya aparmaq və zəifliklərin aradan qaldırılması prosesini izləmək;

·       Logların monitorinqini aparmaq, şübhəli fəaliyyətləri müəyyən etmək və əlaqəli komandalarla araşdırmaq;

·       DLP və məlumat sızmasının qarşısının alınması üzrə nəzarət proseslərində iştirak etmək;

·       Phishing, sosial mühəndislik, parol təhlükəsizliyi və məxfi məlumatlarla davranış mövzularında maarifləndirmə tədbirlərində iştirak etmək;

·       Daxili və xarici auditlər zamanı informasiya təhlükəsizliyi ilə bağlı tələb olunan məlumatların hazırlanmasına dəstək vermək;

·       İnformasiya təhlükəsizliyi üzrə görülən işlər, aşkarlanan risklər və görülmüş tədbirlər barədə hesabatlar hazırlamaq.

Tələblər

·       İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;

·       İnformasiya təhlükəsizliyi və ya İT sahəsində minimum 1 il iş təcrübəsi;

·       Şəbəkə təhlükəsizliyi, əməliyyat sistemləri, Active Directory, log analizi və giriş nəzarəti üzrə biliklər;

·       SIEM, EDR/XDR, Firewall, WAF, DLP, PAM və vulnerability management həlləri üzrə biliklər;

·       Windows və Linux əməliyyat sistemləri üzrə əsas təhlükəsizlik bilikləri;

·       TCP/IP, DNS, DHCP, VPN, HTTP/HTTPS, SMTP kimi əsas şəbəkə protokolları üzrə biliklər;

·       Təhlükəsizlik insidentlərinin ilkin analizi və eskalasiyası bacarığı;

·       Vulnerability scan nəticələrinin təhlili və aşkarlanmış zəifliklərin aradan qaldırılması prosesini izləmək bacarığı

·       Access review, privilege management və istifadəçi hüquqlarının idarə olunması üzrə biliklər;

·       Awareness, phishing simulation və istifadəçi maarifləndirilməsi prosesləri barədə biliklər;

·       ISO/IEC 27001, NIST, CIS Controls və ya digər informasiya təhlükəsizliyi standartları barədə ümumi anlayış;

·       Sənədləşdirmə, hesabat hazırlama və analitik düşünmə bacarığı;

·       Azərbaycan dili üzrə səlis yazılı və şifahi ünsiyyət bacarığı;

·       İngilis dili üzrə texniki sənədləri oxuma və anlama bacarığı;

·       Komanda ilə işləmək, məsuliyyətlilik və detallara diqqət yetirmək bacarığı.


Üstünlük hesab olunur

·       SIEM, EDR/XDR, DLP, WAF, PAM və ya SOAR həlləri ilə praktiki iş təcrübəsi;

·       Vulnerability scanner alətləri ilə işləmə bacarığı;

·       PowerShell, Python və ya Bash üzrə sadə skript yazmaq bacarığı;

·       API, webhook və inteqrasiya məntiqi üzrə ilkin anlayış;

·       ISO/IEC 27001, Security+, CEH, CySA+ və ya oxşar sertifikatlar;

·       Security awareness və phishing simulation layihələrində iştirak təcrübəsi.

BE Bokt Embafinans MMC
Bokt Embafinans MMC
Maliyyə və sığorta fəaliyyəti

Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına…

Similar jobs

See all
Apply