ST Stark TechnologyStark Technology

İnsan resursları üzrə aparıcı mütəxəssis

Posted 14 h ago Source
HR
Monthly salary
₼1,500+
Application deadline
6 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri:

  • Cari və perspektiv kadr tələbatının təmin edilməsi məqsədilə əmək bazarının araşdırılması, təhsil müəssisələri, məşğulluq xidmətləri və digər aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasının təşkil edilməsi; 
  • Vakant vəzifələr barədə işçilərin məlumatlandırılmasının və namizədlərin cəlb edilməsi məqsədilə vakansiya elanlarının hazırlanmasının və dərc edilməsinin təmin edilməsi. 
  • İnsan resursları üzrə kargüzarlıq işinin əmək qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsinin və aparılmasının təmin edilməsi; 
  • İşçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi, şəxsi heyətin uçotunun aparılması, kadr sənədlərinin rəsmiləşdirilməsi, habelə həvəsləndirmə və mükafatlandırma ilə bağlı sənədlərin hazırlanmasının təmin edilməsi; 
  • İşçilər barədə məlumat bazasının elektron informasiya sistemində formalaşdırılmasının, mütəmadi yenilənməsinin və tamlığının təmin edilməsi; 
  • Əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin və bu prosesin                  e-mas.sosial.gov.az elektron sistemi vasitəsilə həyata keçirilməsinin təmin edilməsi;
  • Struktur bölmələrdə əmək qanunvericiliyinin, normativ hüquqi aktların və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarət edilməsi; 
  • Məzuniyyət qrafiklərinin hazırlanmasının və icrasının təmin edilməsi, əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
  • Kadr axınının səbəblərinin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
  • İş vaxtının uçotunun (davamiyyət cədvəllərinin) tərtib edilməsinin və icrasının təmin edilməsi;
  • İşçi heyətinin uçotunun və qeydiyyatının aparılmasının, insan resursları üzrə hesabatların hazırlanmasının və vaxtında təqdim edilməsinin təmin edilməsi.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı 1500-1800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Ali təhsil (Hüquq, Biznesin İdarə Edilməsi və ya müvafiq sahədə).
  • İR/Kadr kargüzarlığı sahəsində minimum 2-3 il iş təcrübəsi.
  • AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək və tətbiq etmək bacarığı.
  • e-mas.sosial.gov.az portalı ilə sərbəst işləmək bacarığı; İR elektron proqram təminatları   (1C, ERP və ya digər sistemləri) ilə iş təcrübəsi.
  • Analitik düşüncə, idarəetmə və nəzarət bacarığı, komanda ilə işləmək və güclü kommunikasiya qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

ST Stark Technology
Stark Technology

Similar jobs

See all
Apply