Stark Technology İnsan resursları üzrə aparıcı mütəxəssis
14 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Cari və perspektiv kadr tələbatının təmin edilməsi məqsədilə əmək bazarının araşdırılması, təhsil müəssisələri, məşğulluq xidmətləri və digər aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasının təşkil edilməsi;
- Vakant vəzifələr barədə işçilərin məlumatlandırılmasının və namizədlərin cəlb edilməsi məqsədilə vakansiya elanlarının hazırlanmasının və dərc edilməsinin təmin edilməsi.
- İnsan resursları üzrə kargüzarlıq işinin əmək qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsinin və aparılmasının təmin edilməsi;
- İşçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi, şəxsi heyətin uçotunun aparılması, kadr sənədlərinin rəsmiləşdirilməsi, habelə həvəsləndirmə və mükafatlandırma ilə bağlı sənədlərin hazırlanmasının təmin edilməsi;
- İşçilər barədə məlumat bazasının elektron informasiya sistemində formalaşdırılmasının, mütəmadi yenilənməsinin və tamlığının təmin edilməsi;
- Əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin və bu prosesin e-mas.sosial.gov.az elektron sistemi vasitəsilə həyata keçirilməsinin təmin edilməsi;
- Struktur bölmələrdə əmək qanunvericiliyinin, normativ hüquqi aktların və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarət edilməsi;
- Məzuniyyət qrafiklərinin hazırlanmasının və icrasının təmin edilməsi, əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
- Kadr axınının səbəblərinin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
- İş vaxtının uçotunun (davamiyyət cədvəllərinin) tərtib edilməsinin və icrasının təmin edilməsi;
- İşçi heyətinin uçotunun və qeydiyyatının aparılmasının, insan resursları üzrə hesabatların hazırlanmasının və vaxtında təqdim edilməsinin təmin edilməsi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- 5 günlük iş həftəsi;
- Əmək haqqı 1500-1800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Ali təhsil (Hüquq, Biznesin İdarə Edilməsi və ya müvafiq sahədə).
- İR/Kadr kargüzarlığı sahəsində minimum 2-3 il iş təcrübəsi.
- AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək və tətbiq etmək bacarığı.
- e-mas.sosial.gov.az portalı ilə sərbəst işləmək bacarığı; İR elektron proqram təminatları (1C, ERP və ya digər sistemləri) ilə iş təcrübəsi.
- Analitik düşüncə, idarəetmə və nəzarət bacarığı, komanda ilə işləmək və güclü kommunikasiya qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
ST 

Stark Technology