EA
Eden Agro MMC

İnsan Resursları üzrə mütəxəssis (Füzuli, Beyləqan, Ağcabədi üzrə)

Posted 15 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
HR

About this role

İş şəraiti:

  • Struktur: İR və İnzibati işlər departamenti
  • Birbaşa rəhbər: İR və İnzibati işlər departamentinin rəhbəri
  • İş yeri: Füzuli, Beyləqan, Ağcabədi 
  • İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);

İşəgötürən: Eden Agro MMC

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Ağcabədi, Füzuli, İmişli və Beyləqan üzrə HR əməliyyatlarının (işə qəbul, işdən çıxma, məzuniyyət, ezamiyyət, davamiyyət) tam dövriyyəsinin idarəedilməsi
  • Əmək müqavilələrinin, əlavə razılaşmaların və xitam sənədlərinin vaxtında və düzgün tərtibi.
  • ƏMAS sisteminə məlumatların daxil edilməsi və yoxlanılması.İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və HR Audit üçün hazır saxlanılması.
  • Şəxsi məlumatların konfidensiallığının qorunması və məlumat təhlükəsizliyi qaydalarına riayət.
  • Müsahibələrin təşkili, nəticələrin sənədləşdirilməsi və seçilmiş namizədlərlə rəsmi kommunikasiyanın aparılması
  • Davamiyyət tabellərinin hazırlanması, yoxlanılması və aylıq hesabatların təqdim olunması.
  • Məzuniyyət planının illik əsasda formalaşdırılması və faktiki icrasına nəzarət.
  • 1C proqramında əməkdaşların iş qrafiklərinin, SR və PR sorğularının yaradılması və alış prosesinin sonadək izlənməsi. 
  • HR sənədlərinin korporativ standartlara uyğun arxivləşdirilməsi və elektron sistemdə saxlanılması.

Vəzifə tələbləri:

  • Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahə üstünlükdür)
  • İR sahəsində ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə ( ƏMAS; İSB; ) işləmə bacarığı
  • Sənədlərlə işləmə və arxivləşdirmə bacarığı
  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
  • 1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Korporativ tibbi sığorta paketi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “İnsan Resursları üzrə mütəxəssis (Füzuli-Beyləqan-Ağcabədi üzrə) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Similar jobs

: