T Tabaterra MMCTabaterra MMC

Junior Electrical & Electronics Engineer

Ağdam Posted 3 h ago Source
Full-time Engineering
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Məsuliyyəti altına verilən avadanlığın diaqnostikası, sazlanması, təmiri və texniki xidmətinin həyata keçirilməsi;
  • Avadanlıqdakı nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması, avadanlığın saz vəziyyətə qaytarılması;
  • Normativ və texniki sənədlər əsasında avadanlığın vəziyyətində uyğunsuzluqların aşkarlanması, aradan qaldırılması və nəticələrin ERP sistemində qeydiyyatı;
  • Avadanlığın əsas parametrlərinə (Center Line) edilən dəyişikliklərin ERP-də qeyd olunması;
  • Nasazlığın aradan qaldırılması üçün tələb olunan iş planının (work plan) və ehtiyat hissələrinin ERP-də qeydiyyatı; mövcud olmayan ehtiyat hissələrinin ERP vasitəsilə tələb edilməsi;
  • İşin görülmə texnologiyasına, alət, istehlak materialları və avadanlıq hissələrinin istifadə və saxlanma qaydalarına riayət edilməsi;
  • Avadanlığın istismarı, sazlanması, təmiri və texniki xidməti zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməsi və potensial təhlükələrin qarşısının alınması;
  • Görülən işlər barədə rəhbərliyə hesabat verilməsi;
  • Səlahiyyət çərçivəsində layihə işləri daxil olmaqla digər tapşırıqların yerinə yetirilməsi.


Tələblər

  • Elektrik/elektronika və ya istehsal proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil;
  • Elektronika mühəndisi kimi analoji avadanlığın istismarı üzrə ən azı 2 il təcrübə;
  • Elektrik, elektronika və avtomatlaşdırma sahəsində baza bilikləri;
  • İdarəetmə kontrollerləri (PLC) və idarəetmə panelləri (HMI) haqqında baza bilikləri (Siemens Simatic S7, Beckhoff TwinCAT üzrə biliklər üstünlükdür);
  • Sensor, mühərrik, invertor və digər elektrik-elektronika komponentlərinin işləmə prinsipləri, tənzimlənməsi və idarə edilməsi üzrə biliklər;
  • Elektrik sxemlərini oxumaq və layihələndirmək bacarığı;
  • Lehimləmə avadanlığının növləri, tətbiqi və istifadə qaydaları üzrə biliklər; elektrik dövrə elementlərinin lehimlənməsi bacarığı;
  • Nəzarət-ölçü və diaqnostika avadanlıqlarından istifadə bacarığı;
  • Elektrik cihazlarının quraşdırılması və texniki istismarı qaydaları üzrə biliklər;
  • Elektrik qurğularının istismarı üzrə 3-cü ixtisas (təhlükəsizlik) qrupu;
  • Məntiqi təfəkkür, problemin kök səbəbini təhlil etmə bacarığı, texniki dildə məlumat ötürmə və komanda işi


T Tabaterra MMC
Tabaterra MMC

Azərbaycan Respublikasında fəaliyyət göstərən, keyfiyyət və innovativliyi ilə seçilən Tabaterra Məhdud Məsuliyyətli Cəmiyyəti tütün məmulatlarının istehsalını həyata keçirir. Ən son texnoloji…

Similar jobs

See all
Apply