Tabaterra MMC Junior Electrical & Electronics Engineer
Режим работы Полная занятость Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Məsuliyyəti altına verilən avadanlığın diaqnostikası, sazlanması, təmiri və texniki xidmətinin həyata keçirilməsi;
- Avadanlıqdakı nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması, avadanlığın saz vəziyyətə qaytarılması;
- Normativ və texniki sənədlər əsasında avadanlığın vəziyyətində uyğunsuzluqların aşkarlanması, aradan qaldırılması və nəticələrin ERP sistemində qeydiyyatı;
- Avadanlığın əsas parametrlərinə (Center Line) edilən dəyişikliklərin ERP-də qeyd olunması;
- Nasazlığın aradan qaldırılması üçün tələb olunan iş planının (work plan) və ehtiyat hissələrinin ERP-də qeydiyyatı; mövcud olmayan ehtiyat hissələrinin ERP vasitəsilə tələb edilməsi;
- İşin görülmə texnologiyasına, alət, istehlak materialları və avadanlıq hissələrinin istifadə və saxlanma qaydalarına riayət edilməsi;
- Avadanlığın istismarı, sazlanması, təmiri və texniki xidməti zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməsi və potensial təhlükələrin qarşısının alınması;
- Görülən işlər barədə rəhbərliyə hesabat verilməsi;
- Səlahiyyət çərçivəsində layihə işləri daxil olmaqla digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Elektrik/elektronika və ya istehsal proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil;
- Elektronika mühəndisi kimi analoji avadanlığın istismarı üzrə ən azı 2 il təcrübə;
- Elektrik, elektronika və avtomatlaşdırma sahəsində baza bilikləri;
- İdarəetmə kontrollerləri (PLC) və idarəetmə panelləri (HMI) haqqında baza bilikləri (Siemens Simatic S7, Beckhoff TwinCAT üzrə biliklər üstünlükdür);
- Sensor, mühərrik, invertor və digər elektrik-elektronika komponentlərinin işləmə prinsipləri, tənzimlənməsi və idarə edilməsi üzrə biliklər;
- Elektrik sxemlərini oxumaq və layihələndirmək bacarığı;
- Lehimləmə avadanlığının növləri, tətbiqi və istifadə qaydaları üzrə biliklər; elektrik dövrə elementlərinin lehimlənməsi bacarığı;
- Nəzarət-ölçü və diaqnostika avadanlıqlarından istifadə bacarığı;
- Elektrik cihazlarının quraşdırılması və texniki istismarı qaydaları üzrə biliklər;
- Elektrik qurğularının istismarı üzrə 3-cü ixtisas (təhlükəsizlik) qrupu;
- Məntiqi təfəkkür, problemin kök səbəbini təhlil etmə bacarığı, texniki dildə məlumat ötürmə və komanda işi
T 

Tabaterra MMC
Azərbaycan Respublikasında fəaliyyət göstərən, keyfiyyət və innovativliyi ilə seçilən Tabaterra Məhdud Məsuliyyətli Cəmiyyəti tütün məmulatlarının istehsalını həyata keçirir. Ən son texnoloji…