T TuranBank ASCTuranBank ASC

Junior və Middle iOS Developer

Posted 16 h ago Source
IT
Monthly salary
Salary negotiable
Application deadline
14 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Əsas vəzifələr:

  • Yeni İOS mobil tətbiqlərinin hazırlanmasında iştirak etmək;
  • Mövcud mobil tətbiqin təkmilləşdirilməsi və yeni funksional imkanlarla genişləndirilməsi;
  • Tətbiqin yeni funksionallıqlarının analiz, dizayn, development və inteqrasiya mərhələlərində iştirak etmək;
  • RESTful API-lərlə inteqrasiyanın həyata keçirilməsi;
  • Mövcud kod bazasının refaktorinqi və optimallaşdırılması;
  • Tətbiqin performansının, stabilliyinin və təhlükəsizliyinin yaxşılaşdırılması;
  • Bug-ların araşdırılması, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması;
  • Code Review proseslərində iştirak etmək və keyfiyyətli kod yazılmasını təmin etmək;
  • QA, Backend, Product və digər komanda üzvləri ilə əməkdaşlıq etmək;
  • Hazırlanmış tətbiqlərin test, release və App Store-a yerləşdirilməsi proseslərində iştirak etmək;
  • Texniki sənədləşmənin və layihə üzrə zəruri texniki məlumatların hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Swift proqramlaşdırma dilində yaxşı bilik və real layihələrdə tətbiq təcrübəsi;
  • UIKit və SwiftUI ilə işləmə bacarığı;
  • MVC və/və ya MVVM arxitektura yanaşmaları haqqında anlayış və onların layihələrdə tətbiqi;
  • RESTful API-lərlə işləmə təcrübəsi;
  • URLSession və/və ya Alamofire kitabxanaları ilə işləmə bacarığı;
  • Git versiya idarəetmə sistemi və GitHub/GitLab platformaları ilə işləmə təcrübəsi;
  • Xcode və iOS debugging alətləri ilə işləmə bacarığı;
  • Tətbiqlərin App Store-a hazırlanması və yerləşdirilməsi üzrə praktiki təcrübə;
  • Combine framework-ü ilə işləmə bacarığı və reaktiv proqramlaşdırma prinsipləri haqqında anlayış;
  • Firebase və/və ya digər backend xidmətləri ilə işləmə təcrübəsi;
  • iOS SDK, Auto Layout və UI/UX prinsipləri haqqında baza və ya yaxşı səviyyədə bilik;
  • Asynchronous programming, memory management və error handling prinsipləri haqqında anlayış;
  • Yazdığı kodun oxunaqlı, strukturlaşdırılmış və maintainable olmasına diqqət;
  • Güclü problem həll etmə və analitik düşünmə qabiliyyəti;
  • Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;
  • Yeni texnologiyaları və alətləri öyrənməyə yüksək motivasiya;
  • Tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək bacarığı;
  • Texniki məsələləri araşdırmaq, səbəbini müəyyənləşdirmək və müstəqil həll yolları təklif etmək bacarığı;
  • Code Review proseslərinə açıq olmaq və konstruktiv geribildirimlə işləmə bacarığı;
  • Detallara diqqətli və nəticəyönümlü yanaşma;
  • Junior iOS Developer: minimum 1 il iOS development üzrə iş və ya real layihə təcrübəsi;
  • Middle iOS Developer: minimum 2–3 il iOS development üzrə praktiki iş təcrübəsi;
  • App Store-da yayımlanmış tətbiqlərlə işləmə təcrübəsi üstünlükdür.

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

T TuranBank ASC
TuranBank ASC

Similar jobs

See all
Apply