Göygöl Şərab Zavodu ASC | XAN AZ Kadrlar şöbəsinin rəisi (Göygöl şəhəri)
About this role
İş yeri - Göygöl şəhəri
Əmək funksiyası:
Kadr siyasətinin təşkili və həyata keçirilməsi
Müəssisənin kadr siyasətinin hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
İşçi heyətinə olan tələbatı müəyyənləşdirmək;
Kadr ehtiyatının formalaşdırılmasını təşkil etmək;
İşçi dövriyyəsinin təhlilini aparmaq və azaldılması üçün tədbirlər hazırlamaq.
İşə qəbul və işdən azad etmə proseslərinin idarə olunması
Vakant vəzifələr üzrə namizədlərin seçilməsini və müsahibələrin keçirilməsini təşkil etmək;
İşə qəbul, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad etmə sənədlərinin hazırlanmasına nəzarət etmək;
Əmək müqavilələrinin bağlanmasını və dəyişdirilməsini təmin etmək.
Kadr uçotunun aparılmasına rəhbərlik
İşçilərin şəxsi işlərinin və əmək fəaliyyətinə dair sənədlərinin düzgün aparılmasına nəzarət etmək;
Kadr əmrlərinin hazırlanmasını və qeydiyyatını təşkil etmək;
Dövlət orqanlarına təqdim edilən kadr hesabatlarının hazırlanmasını təmin etmək.
Əmək qanunvericiliyinə riayət olunmasının təmin edilməsi
Müəssisədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək;
Daxili intizam qaydalarının tətbiqini təşkil etmək;
Əmək mübahisələrinin həllində iştirak etmək.
Təlim və inkişaf fəaliyyətlərinin təşkili
İşçilərin peşəkar hazırlıq və ixtisasartırma ehtiyaclarını müəyyən etmək;
Təlim proqramlarının təşkilini və həyata keçirilməsini təmin etmək;
Yeni işçilərin adaptasiya prosesinə nəzarət etmək.
Əmək intizamı və motivasiya sistemi
İşçilərin əmək intizamına riayət etməsinə nəzarət etmək;
Mükafatlandırma və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək.
Əməyin mühafizəsi və istehsal xüsusiyyətləri üzrə fəaliyyət
İstehsalat sahəsində çalışan işçilərin tibbi müayinələrinin vaxtında keçirilməsinə nəzarət etmək;
Əməyin mühafizəsi, sanitariya və təhlükəsizlik üzrə kadr sənədlərinin aparılmasında aidiyyəti bölmələrlə əməkdaşlıq etmək;
Qida və içki istehsalı sahəsi üçün tələb olunan sertifikat və təlimlərin kadr qeydiyyatını aparmaq.
Şöbənin fəaliyyətinin idarə edilməsi
Kadrlar şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsünü aparmaq;
Şöbənin iş planlarını hazırlamaq və icrasına nəzarət etmək;
Rəhbərliyə kadr vəziyyəti barədə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər:
Ali təhsil;
Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
İş şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
Nahar fasiləsi 13:00 – 14:00
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Kadrlar şöbəsinin rəisi” yazıb [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
