Xan Kadrlar şöbəsinin rəisi (Göygöl şəhəri)
Posted 17 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş yeri - Göygöl şəhəri
Əmək funksiyası:
Kadr siyasətinin təşkili və həyata keçirilməsi
- Müəssisənin kadr siyasətinin hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
- İşçi heyətinə olan tələbatı müəyyənləşdirmək;
- Kadr ehtiyatının formalaşdırılmasını təşkil etmək;
- İşçi dövriyyəsinin təhlilini aparmaq və azaldılması üçün tədbirlər hazırlamaq.
İşə qəbul və işdən azad etmə proseslərinin idarə olunması
- Vakant vəzifələr üzrə namizədlərin seçilməsini və müsahibələrin keçirilməsini təşkil etmək;
- İşə qəbul, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad etmə sənədlərinin hazırlanmasına nəzarət etmək;
- Əmək müqavilələrinin bağlanmasını və dəyişdirilməsini təmin etmək.
Kadr uçotunun aparılmasına rəhbərlik
- İşçilərin şəxsi işlərinin və əmək fəaliyyətinə dair sənədlərinin düzgün aparılmasına nəzarət etmək;
- Kadr əmrlərinin hazırlanmasını və qeydiyyatını təşkil etmək;
- Dövlət orqanlarına təqdim edilən kadr hesabatlarının hazırlanmasını təmin etmək.
Əmək qanunvericiliyinə riayət olunmasının təmin edilməsi
- Müəssisədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək;
- Daxili intizam qaydalarının tətbiqini təşkil etmək;
- Əmək mübahisələrinin həllində iştirak etmək.
Təlim və inkişaf fəaliyyətlərinin təşkili
- İşçilərin peşəkar hazırlıq və ixtisasartırma ehtiyaclarını müəyyən etmək;
- Təlim proqramlarının təşkilini və həyata keçirilməsini təmin etmək;
- Yeni işçilərin adaptasiya prosesinə nəzarət etmək.
Əmək intizamı və motivasiya sistemi
- İşçilərin əmək intizamına riayət etməsinə nəzarət etmək;
- Mükafatlandırma və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
- İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək.
Əməyin mühafizəsi və istehsal xüsusiyyətləri üzrə fəaliyyət
- İstehsalat sahəsində çalışan işçilərin tibbi müayinələrinin vaxtında keçirilməsinə nəzarət etmək;
- Əməyin mühafizəsi, sanitariya və təhlükəsizlik üzrə kadr sənədlərinin aparılmasında aidiyyəti bölmələrlə əməkdaşlıq etmək;
- Qida və içki istehsalı sahəsi üçün tələb olunan sertifikat və təlimlərin kadr qeydiyyatını aparmaq.
Şöbənin fəaliyyətinin idarə edilməsi
- Kadrlar şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsünü aparmaq;
- Şöbənin iş planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Rəhbərliyə kadr vəziyyəti barədə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər:
- Ali təhsil;
- Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Kadrlar şöbəsinin rəisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Xan
Emal sənayesi