ARM
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Vətəndaşların qəbulu şöbəsinin kiçik mütəxəssisi (Gəncə şəhəri)
Posted 20 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
- Category
- Customer Service
About this role
Struktur bölmənin adı
- İstehlakçılarla iş departamenti/ Vətəndaşların qəbulu şöbəsinin kiçik mütəxəssisi
Vəzifənin funksiyaları:
- Mərkəzi Banka müraciət edən istehlakçıları müəyyən edilmiş “ASAN xidmət” mərkəzində qəbul etmək;
- İcrasına daxil olan müraciətlərlə əlaqəli sorğular göndərmək, zəruri olduqda müvafiq departamentlərin rəyini almaq və araşdırmanın nəticəsinə uyğun olaraq cavablar hazırlamaq;
- İstehlakçıların maliyyə bazarlarında qanuni maraqlarının pozulması və ya pozulmasına şərait yaradan halların aradan qaldırılması barədə nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər hazırlamaq;
- İstehlakçıların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər vermək;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlamaq.
Texniki kompetensiyalar
- “Vətəndaşların müraciətləri haqqında” AR Qanunu üzrə biliklər – yüksək səviyyədə
- Sığorta ilə bağlı qanunvericilik bilikləri – yaxşı səviyyədə
- Mülki qanunvericilik üzrə ümumi biliklər - orta səviyyədə
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər - orta səviyyəd
- Təqdimat və yazı bacarığı – yaxşı səviyyədə
Təcrübə
- Sığorta sektorunda 6 aylıq iş təcrübəsi
Təhsil
- Ali təhsil
Davranış kompetensiyaları
- Xidmət zamanı istehlakçı məmnuniyyətinin təmin edilməsinə təşəbbüs göstərilmə
- Ünsiyyətqurma
- Stressə davamlılıq
- Vaxtın idarəedilməsi
- Məsuliyyətlilik
Dil bacarığı
- Səlis azərbaycan dili, ingilis dili və rus dili arzuolunandır
Kompüter bacarıqları
- MS Office proqramları (xüsusilə MS Office və Excel)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.