Kargüzarlıq (Katiblik və Ümumi işlər şöbəsi)
Work mode Full-time Experience 1–3 years Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Fondun kargüzarlıq işinin Azərbaycan Respublikasının qanunvericiliyinin və normativ-hüquqi aktlarının tələblərinə uyğun şəkildə təşkili və aparılmasını təmin etmək;
- Elektron sənəd dövriyyəsi sistemində daxil olan və göndərilən sənədlərin qeydiyyatını, icrasına nəzarəti və müvafiq qaydada rəsmiləşdirilməsini həyata keçirmək;
- Fondun sənəd dövriyyəsinin təşkilini, sənədlərin hərəkətinə nəzarəti və aidiyyəti üzrə vaxtında çatdırılmasını təmin etmək;
- Fondun arxiv işini təşkil etmək, sənədlərin sistemləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi proseslərini müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
- Dövlət qurumları və digər təşkilatlarla rəsmi və işgüzar yazışmaların hazırlanmasında və aparılmasında iştirak etmək;
- Fondun fəaliyyəti ilə bağlı məktubların, sorğuların, cavabların və digər rəsmi sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
- Kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işi sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;
- Azərbaycan dilini yüksək səviyyədə tətbiq etməklə rəsmi sənədlərin və yazışmaların düzgün, dəqiq və peşəkar şəkildə hazırlanmasını təmin etmək;
- Öz vəzifə öhdəliklərinin icrası zamanı yüksək məsuliyyət, operativlik, dəqiqlik və peşəkarlıq prinsiplərinə riayət etmək;
- Rəhbərlik tərəfindən verilən və tutduğu vəzifənin funksional istiqamətinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Xüsusi tələblər
- Ali təhsil.
Təcrübə:
- Sənədləşmə sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
- Arzuolunan iş təcrübəsi – 2 il və ya daha artıq.
Bilik və bacarıqlar:
- Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
- Sənədləşmə sahəsində qüvvədə olan əsas normativ qayda və prinsiplər barədə bilik;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Elektron sənəd dövriyyəsi sistemində işləmək bacarığı;
- Analitik düşünmə və problemləri operativ həll etmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
- Vaxtın düzgün idarə olunması və eyni zamanda bir neçə tapşırığın icrasını planlaşdırmaq bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Təqdimat və hesabat hazırlamaq bacarığı.
QDF 
Qarabağ Dirçəliş Fondu